"Banklar tərəfindən kart məlumatlarının təqdim olunması üçün müraciətlər edilmir" - AÇIQLAMA
Azərbaycan Banklar Assosiasiyası Ödəniş kartları sahəsində yeni fırıldaqçılıq hallarına dair məlumat yayıb.
Məlumatda deyilir:
Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması diqqət mərkəzində saxlanılır.
Bildiririk ki, bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlərə baxmayaraq rəqəmsal ödənişlərin inkişafı və xüsusən də elektron ticarət əməliyyatlarında müşahidə olunan dinamik artım fonunda yeni fırıldaqçılıq halları yaranmaqda davam edir. Tətbiq edilən fırıldaqçılıq halları ödəniş kartının həssas məlumatlarının ələ keçirilməsi, kart istifadəçisinin SMS məlumatlandırma əsasında əldə etdiyi birdəfəlik şifrənin bu və ya digər formada açıqlanması və nəticədə pul vəsaitlərinin aldadılaraq ələ keçirilməsi ilə müşayət olunur.
Aparılan son müşahidələr onu deməyə əsas verir ki, müxtəlif mənbələrdən əldə edilən məlumat əsasında kart istifadəçilərinə bank adından zəng olunaraq ödəniş kartı məlumatlarının açıqlanması zərurəti bildirilir. Bir sıra hallarda isə SMS məlumatlandırma əsasında kart istifadəçiləri iri məbləğdə bonusların mükafat olaraq əldə edilməsi üçün mərc oyunlarında iştiraka sövq edilirlər.
Kart istifadəçiləri olan hörmətli bank müştəriləri!
Bank(lar) tərəfindən telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşılaşdığınız zaman kart məlumatlarınızı təqdim etməyin və dərhal ödəniş kartının üzərində qeyd olunan bankınızın rəsmi qaynar xətti və ya əlaqə telefonları ilə əlaqə saxlayın.
Ödəniş kartınıza pul vəsaitinin köçürülməsi üçün ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə kifayətdir. Heç bir halda ödəniş kartının PİN kodunu, son bitmə tarixini, kartın arxasında yerləşən CVV (3 rəqəmli) kodu, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə bildirməyin. Qeyd olunan məlumatların kənar şəxslərə təqdim edilməsi kart hesabınızdan vəsaitin silinməsinə səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb




















