Çinin Lenovo şirkətinin gəlirləri 27%, xalis mənfəəti 119% artıb
Bu ilin aprel-iyun dövründə Çinin "Lenovo" kompüter avadanlığı istehsalçısının ümumi gəliri 109,4 milyard yuan (təxminən 16,29 milyard dollar) təşkil edib ki, bu da 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur.
Marja xəbər verir ki, bu məlumatlar şirkətin çərşənbə günü açıqladığı hesabatda yer alıb.
Dövr ərzində xalis mənfəət 119% artaraq 3.01 milyard yuan (təxminən 466 milyon dollar) səviyyəsinə çatıb.
Hesabatda, ilk dəfə olaraq, ağıllı istehsal həlləri hazırlayan yeni bir müəssisəsinin - "Solutions & Servicies Group" (SSG) şirkətinin maliyyə göstəriciləri də təqdim olunur. İkinci rübdə onun ümumi dövriyyəsi 7,65 milyard yuan (təxminən 1,18 milyard dollar) olub.
ÖTƏN HESABAT İLİNİ 63 MİLYARD DOLLARDAN ÇOX GƏLİR İLƏ BAĞLAMIŞDIR
Xatırladaq ki, "Lenovo"nun əvvəlki maliyyə ilində ümumi gəliri (1 aprel 2020-ci ildən 31 mart 2021-ci ilədək) illik 19,8% artaraq 411,6 milyard yuan (təxminən 63,5 milyard dollar) təşkil etmişdi. Eyni zamanda, xalis mənfəət 70% artaraq 8 milyard yuan (təxminən 1,2 milyard dollar) olmuşdu.
Qeyd edək ki, 2021-ci ilin 2-ci rübü "Lenovo"nun maliyyə ilində 1-ci rübdür.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 26 d. əvvəl
- 35 d. əvvəl
-
46 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)





.jpg)









