ABŞ-ın benzin ehtiyatları artıb
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədə kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 3 milyon 200 min barel (0,7%) azalaraq təxminən 435 milyon 500 min barelə gerilədiyini açıqlayıb.
Marja xəbər verir ki, bazar proqnozu 1 milyon 259 min barel azalma olacağı istiqamətində idi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 621 milyon 300 min barel səviyyəsində sabit qalıb.
Ötən həftə ABŞ-ın benzin ehtiyatları 700 min barel (0,3%) artımla 228 milyon 200 min barelə yüksəlib.
Ölkənin gündəlik xam neft istehsalı 7-13 Avqust həftəsində 133 min barel artaraq təxminən 11 milyon 828 min barel səviyyəsində reallaşıb.
Qeyd edək ki, ABŞ-da benzin ehtiyatlarının artması neftin ucuzlaşmasını daha da sürətləndirib və bu gün Brent neftin qiyməti 66 dollardan da aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
10 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
7 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
8 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat






.jpg)






.jpg)





