"İnsanın istehsal etdiyi hər bir şeyin son köhnəlik müddəti var"
Kənd təsərrüfatı naziri Heydər Əsədov yerli iribuynuzlu mal-qaranın məhsuldar olmadğını deyir, öküz və inəklərin sayını 4 dəfə azaltmağı təklif edir. Eyni zamanda Bakıda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda istehsal olunmuş süd satılır. Ərzaq mağazaları karton qutularda qablaşdırılmış südlə doludur. Amma biz onu da bilirik ki, müflis olmuş kəndlilər mal-qaranı kəsirlər. Əgər inəklərin sayı azalırsa, bu qədər təbii süd haradan alınır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, xarici mallar xüsusilə təhlükəlidir:
"Mən də Azərbaycanda hazırlanmış süd məmulatlarının olduğu və üzərində "Südün miqdarı 6%" yazılmış qutulara rast gəlmişəm. Bəs onda qalan 94% necə oldu? Xarici mallar xüsusilə təhlükəlidir. Dünən Beynəlxalq İstehlak Məhsulları Sərgisində idim. Göygöl (Azərbaycan), Gürcüstan və Belarus istehsalçıları ilə spirtli içkilərin müzakirəsi əsnasında mübahisə etdim. Şüşələrin üzərində məhsulun hazırlanma tarixi var, amma istifadə olunmasının son tarixi yoxdur. Bu necə ola bilər? Mənə deyirlər ki, spirtli içkilər müddətsizdir. Belə şey ola bilməz, insanın istehsal etdiyi hər bir şeyin son köhnəlik müddəti var. Sonra irəli keçdim və sevinclə üzərində son istifadə müddəti göstərilmiş bizim "AZ-GRANATA" şirkətinin istehsal etdiyi içkiləri gördüm.
Bütün ərzaq bazarında bu paradoksa rast gəlmək olar: bəzi istehsalçılar məhsulun son istifadə müddətini göstərir, digərləri bu məlumatı verməkdən çəkinirlər. Həmin müddəti niyə bildirmirlər? Dərmanlar da daxil olmaqla, bazarın bütün seqmentlərində eyni vəziyyət hökm sürür. Milli Məclisin komitəsində çıxış edərkən, mən tütün məhsulları istehsalçılarını tütün məmulatlarının istifadə müddətini göstərməyə məcbur etməyə çağırdım. Parlamentdə tütün istehsalçıları lobbiçilərinin varlığı hiss olunur. Biz tütün məhsullarının üzərində onlardan istifadə müddətinin yazılmasını tələb edirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















