Azərbaycan məhsulları xaricdə 3 sərgidə nümayiş olunacaq - SİYAHI
2021-ci ilin sonunadək İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri öz məhsullarını Rusiyanın Moskva şəhərində keçiriləcək “Heimtextil Russia 2021” və “WorldFood 2021”, Çinin Şanxay şəhərində təşkil olunacaq “Çin Beynəlxalq İdxal Sərgisi” (CIIE) sərgilərində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.
AZPROMO-dan Marja-ya verilən məlumata görə, bu ilin 14-16 sentyabr tarixlərində keçiriləcək “Heimtextil Russia 2021” sərgisi Rusiyanın ev tekstili, interyer parçaları və dekor materialları sahəsi üzrə ən iri beynəlxalq sərgisində təkcə Rusiyadan deyil, digər ölkələrdən də şirkətlər iştirak edəcəklər. Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə təmsil olunacaq. Qeyd edək ki, qədim sənət nümunəsi olan Azərbaycan xalçaları ilk dəfə olaraq xüsusi milli stenddə nümayiş ediləcək.
Bundan başqa, 21-24 sentyabr tarixlərində keçiriləcək “WorldFood 2021” sərgisində xarici ölkələrdən və Rusiyanın 40-dan çox regionundan aparıcı qida məhsulları istehsalçıları və təchizatçıları geniş çeşiddə qida məhsullarını təqdim edəcək. Sərgidə qida və içki sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendli məhsullarını nümayiş etdirəcəklər. Ölkəmiz bu il artıq 5-ci dəfə “WorldFood 2021” sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.
5-10 noyabr 2021-ci il tarixlərində təşkil ediləcək 4-cü Çin Beynəlxalq İdxal Sərgisində qida və spirtli içkilər sahəsində fəaliyyət göstərən yerli şirkətlərimiz “Made in Azerbaijan” brendi ilə təmsil olunacaq. Azərbaycan şirkətləri sərgidə 4-cü dəfə iştirak edəcək və yerli məhsularımız vahid ölkə pavilyonunda nümayiş olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























