Azərbaycanın iri holdinqi insan kapitalının idarə edilməsi sahəsində nüfuzlu mükafata layiq görülüb
NEQSOL Holding Davamçıların Hazırlanması və Karyera İdarəetmə sahəsində mükəmməlliyə görə nüfuzlu Brandon Hall Group Silver Award mükafatına layiq görülüb.
NEQSOL Holding-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, holdinq bu mükafata idarəetmə komandası üçün dəyərli, konstruktiv karyera inkişafı imkanlarını və strateji hədəflərinə çatması üçün zəruri istedadlarla təmin edən Davamçıların Hazırlanması Proqramına (Succession Readiness Program) görə layiq bilinib. Holdinqin mükafat qazanması 19 avqust 2021-ci il tarixində elan edilib.
“Brandon Hall Group HCM Excellence Awards” tədris və inkişaf, istedadların idarə edilməsi, liderliyin inkişafı, istedadların cəlbi, insan resursları, müxtəliflik, ədalətlilik və inklüzivlik, və gələcək fəaliyyət baxımından əldə edilmiş böyük nailiyyətlərə görə təqdim edilir.
Məlumatda qeyd edilib ki, NEQSOL Holding-in Davamçıların Hazırlanması Proqramı fərdi tələblərə cavab vermək və holdinqin şirkətləri arasında sinerji yaratmaq qabiliyyətinə görə dəyərləndirilib. Proqram holdinqin kadr ehtiyatları ilə bağlı planlarını qiymətləndirir, həmçinin fərdi inkişaf prosesləri vasitəsilə idarəetmə komandalarının inkişafını dəstəkləyir.
NEQSOL Holding-in Baş İcraçı Direktoru Yusif Cabbarov bildirib:
“Biznesimiz üçün çox əhəmiyyətli sahədə bu nüfuzlu mükafata layiq görüldüyümüzə görə məmnunuq. Biz, fəaliyyətimizin bütün istiqamətlərində mükəmməlliyi təşviq edirik, bizim məqsədimiz isə bütün şirkətlərimizə regional bazarlarda lider olmaqda dəstək göstərməkdir. İnsan kapitalı holdinqimizin əsas aktividir və istedadların idarə edilməsi biznes hədəflərimizə nail olmaq baxımından vacib əhəmiyyət kəsb edir. Səylərimizin beynəlxalq səviyyədə tanınması ilə qürur duyuruq”.
NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib:
“Brandon Hall Group Excellence Award mükafatına layiq görülmək çox xoşdur. Bu mükafat bizim istedadların və davamçıların idarə edilməsi fəaliyyətinə sadiqliyimizi əks etdirir və mükəmməlliyə doğru yolda uğurlarımızı möhkəmləndirməyə dəstək göstərir”.
“Brandon Hall Group” Əməliyyatlar üzrə Baş Direktoru və HCM Excellence Awards Proqramının rəhbəri Reyçel Kuk deyib:
“Brandon Hall Group Excellence Award 2021-ci ildə COVID-19 pandemiyası dövründə aidiyyəti tərəfləri dəstəkləmək üçün mümkün olan tədbirləri həyata keçirmiş şirkətlərin zəruri və layiqli tanınmasını təmin edir. Mükafatlar işəgötürənlər, əməkdaşlar və müştərilər üçün əvvəlki dövrlərlə müqayisədə indi daha da əhəmiyyətli olan insan kapitalının idarə edilməsi sahəsində ən qabaqcıl təcrübələri təsdiq edir”.
NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Brandon Hall Group insan kapitalının idarə edilməsi sahəsində ən böyük və uzunmüddətli mükafatlandırma proqramını həyata keçirir. İnsan kapitalının idarə edilməsi sahəsində müstəqil təhlil və araşdırma şirkəti olan, Brandon Hall Group tədris və inkişaf, istedadların idarə edilməsi, liderliyin inkişafı, müxtəliflik, ədalətlilik və inklüzivlik, istedadların cəlbi, insan resurslarının və işçi qüvvəsinin idarə edilməsi sahələrində araşdırmalar aparır. Brandon Hall Group 28 ildən çox müddət ərzində dünya üzrə 10 mindən çox müştəriyə beynəlxalq səviyyəli araşdırmalar və məsləhətlər təqdim etməklə dəstək olmuşdur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 36 d. əvvəl
-
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)




.jpg)











