"Auchan" Rusiyadakı mağazalarını kütləvi şəkildə bağlayır
Səbəb şirkətin Rusiyadakı gəlirinin ardıcıl 4 ildir azalması və xalis zərər etməsidirFransanın pərakəndə satış şəbəkəsi "Auchan" (Aşan), 2021-ci ilin ilk yarısında Rusiyada daha 17 mağazasını bağlayıb.
Marja xəbər verir ki, bu barədə pərakəndə satış şəbəkəsinə sahib olan ELO holdinqinin (keçmiş "Auchan Holding") hesabatında deyilir.
Sənədə görə, ilin ilk yarısında "Auchan Retail" (ELO -nun bir hissəsi, pərakəndə satışdan məsuldur) tərəfindən idarə olunan satış nöqtələrinin sayı Mərkəzi və Şərqi Avropada 11 ədəd azalıb. Rusiyada 17 mağaza bağlandığı halda, Rumıniyada 3, Ukraynada 3 mağaza açılıb. Qərbi Avropada hesabat dövründə mağazaların sayı 28 ədəd artıb. Şirkət, Fransada 29, Portuqaliyada 4 və Lüksemburqda 3 yeni nöqtənin istifadəyə verildiyini, İspaniyada isə sayının 8 ədəd azaldığını açıqlayıb. Həmçinin "Auchan" Seneqalda iki yeni mağaza açıb.
30 İyun 2021-ci il tarixinə "Auchan Retail"ın dünyada 464 hipermarketi, 521 supermarketi, 516 marketi, həmçinin 337 onlayn saytı fəaliyyət göstərib. Şəbəkənin Rusiyada 95 hipermarket və 143 supermarketi olub. Bir il əvvəl, 2020-ci ilin iyun ayına olan məlumata görə, "Auchan" Rusiyada 274 nöqtədə fəaliyyət göstərib (62 hipermarket və 212 supermarket.) Beləliklə, 12 ay ərzində supermarketlərin sayı 32,5% azalıb.
Daha əvvəl "Auchan Retail Russia" şirkətinin marketinq direktoru Qalina Yaşçuk bildirmişdi ki, "Auchan" rəqəmsal satış kanallarına keçidi sürətləndirib.
"Auchan" 2002 -ci ildən Rusiyada fəaliyyət göstərir. "Ashan"ın Rusiyadakı gəliri ardıcıl 4 ildir azalır. 2020-ci ilin sonunda "Auchan"ın xalis zərəri 4.8 milyard rubl təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








