Ən yuxarı (mobil)-2_30

PAŞA Bank kartlarının balansı artıq Hesab.az-da! – YENİ XİDMƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank kartlarının balansı artıq Hesab.az-da! – YENİ XİDMƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®️) Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Hesab.az onlayn xidmətlər platforması ölkənin aparıcı banklarından biri PAŞA Bank ilə birgə yeni xidmət təqdim edib.

İstifadəçilərin rahatlığını təmin etmək və vaxtlarına qənaət etmək üçün müxtəlif ödənişləri bir arada cəmləşdirən Hesab.az, təqdim etdiyi xidmətlərin sayını artırmaqla fəaliyyət çevrəsini daim genişləndirir. Son vaxtlar ard-arda texnoloji yeniliklərə imza atan onlayn ödəniş platforması, istifadəçilərini daha bir yeni xidmət ilə sevindirib.

Reklam_3_11

Belə ki, platformada PAŞA Bank müştərilərinə təhlükəsiz və operativ şəkildə kart hesablarını öyrənmək imkanı yaradılıb. İstifadəçilər artıq Hesab.az saytı, yaxud mobil tətbiqi üzərindən “Kartlarım/Hesablarım” bölməsində PAŞA Bank kartının məlumatlarını daxil etməklə balanslarını izləyə bilərlər.

Qeyd edək ki, bu xidmətdən yararlanan istifadəçilər PAŞA Bank kartının məlumatlarını yalnız bir dəfə daxil edəcək. Bununla da, kartın balansını öyrənmək üçün platformada çoxsaylı səhifələrdə müxtəlif əməliyyatlar icra etməyə ehtiyac qalmayacaq. Beləliklə, balans müvafiq bölmədə kart məlumatlarının alt hissəsində daima əks olunacaq və real vaxt rejimində izlənə biləcək. 

Hesab.az - Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, mobil, internet, bank kreditləri, onlayn sığorta və digər xidmətlərin alışı/ödənişi mümkündür.

PAŞABank kartlar balans Hesab.az
30.08.2021 14:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18