ABB-nin Mastercard ödəniş kartları ilə onlayn alış-veriş daha təhlükəsiz oldu!
(®) ABB-nin tərəfdaşlarından olan Mastercard Beynəlxalq Ödəniş şirkəti regionda yeni kibertəhlükəsizlik standartlarının tətbiqinə başlayıb. Bu yenilik Mastercard kartı sahiblərinin onlayn alış-verişlərini daha təhlükəsiz şəkildə aparmalarına imkan yaradır.
ABB-nin Mastercard sahibləri bu yenilikdən faydalanaraq onlayn alış-verişləri daha təhlükəsiz şəkildə yerinə yetirəcəklər.
Mastercard şirkətinin təqdim etdiyi yeni həll M4M (MDES for Merchants) adlanır. Sistem Tokenizasiya texnologiyası əsasında çalışır. Bu texnologiyanın köməyi ilə ödəniş əməliyyatı zamanı müştərinin bütün kart məlumatları maskalanır. Bu isə, əməliyyatların maksimum təhlükəsizliyinə təminat yaradır. Onlayn platformalarda, mobil tətbiqlərdə alış-veriş proseslərinin sürətlənməsinə, sadələşməsinə və təhlükəsizliyinə xidmət edir. Musiqi, video xidmətlərindən istifadə, kommunal haqların ödənişi kimi abunə əsaslı təkrarlanan ödənişlərdə müştərilərin işi xeyli asanlaşır.
Tokenizasiya texnologiyası bütün dünyada onlayn alış-verişlərin artması meyllərini nəzərə alaraq hazırlanıb. Azərbaycanda da onlayn alış-verişlərin həcmi getdikcə genişlənməkdədir.
ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bu yeniliyin onlayn alış-veriş, nağdsız ödəniş ənənələrinin inkişafına töhfə verəcəyini qeyd edib: “Kart hesablarının təhlükəsizliyi müştəri təcrübəsinin önəmli hissəsidir. ABB-nin Mastercardla birgə təqdim etdiyi yenilik kibercinayət hallarının qarşısının alınmasına, müştərilərin kart hesablarındakı vəsaitlərinin daha etibarlı şəkildə qorunmasına şərait yaradacaq”.
Mastercard beynəlxalq ödəniş sisteminin ölkə üzrə meneceri Erdem Çakar bildirib ki, hazırda dünyanın 45-dən çox ölkəsində 100 milyondan çox ödəniş kartında Mastercard-ın tokenizasiya texnologiyası tətbiq olunur: “Tokenizasiya həllini Azərbaycana da gətirməkdən qürurluyuq. Bu, kart istifadəçilərinin öz vəsaitlərinə nəzarət imkanlarını daha da artıracaq”.
ABB öz müştərilərinə Mastercard ödəniş kartlarının ən müxtəlif çeşidlərini təklif edir. Kartlarla buradan tanış olmaq və onları onlayn qaydada sifariş vermək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























