Vakansiyalar reklam lövhələrində yerləşdiriləcək
Rusiya Federasiyası İnquşetiya (İnquş) respublikasının rəhbəri Mahmud-Əli Kalimatov, respublikanın müəssisələrindəki boş iş yerləri haqqında məlumatları reklam bannerlərində yerləşdirmək niyyətindədir; bu cür elanlar bölgədə yüksək işsizliklə mübarizəyə qarşı tədbirlərdən biri olacaq.
Marja xəbər verir ki, bu barədə o, jurnalistlərlə görüşü zamanı bildirib.
"Geyim, ayaqqabı fabrikləri və digər müəssisələrin rəhbərləri işçi tapmamaqdan şikayətlənirlər. Məsələn, bir tikiş fabrikinin böyük sifarişi var, işçilərə ehtiyacı var və bütün bunlarla bərabər insanlar bölgədə iş yerlərinin olmamasından şikayətlənirlər. Reklam lövhələrində, filan müəssisədə vakansiya olduğu barədə məlumat yerləşdirəcəyəm, işləmək istəyirsinizsə bu nömrə ilə əlaqə saxlayın”, - Kalimatov bildirib.
Onun sözlərinə görə, bölgədəki iri müəssisələr tez -tez başqa bölgələrdən işçi qüvvəsi cəlb etməli olurlar.
Son illərdə İnquşetiya Rusiyada ən yüksək işsizlik nisbətlərindən birini qeyd edib. "Rosstat"a görə, mart ayında ən aşağı işsizlik Çukotkada (2,3%), ən yüksək isə İnquşetiyada (32,2%), Çeçenistanda (19,7%) və Tyvada (18%) qeydə alınıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
9 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
14 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 19 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























