Bu ölkə də kriptovalyutanı leqallaşdırır - 2022-Cİ İLDƏN
Bundan sonra hər kəs Bitcoin ala biləcək...Bitcoini rəsmi valyuta kimi qəbul edən Salvadordan sonra, daha bir ölkə bu sahəni leqallaşdırmaq yolunda ilk addımını atıb.
Marja xəbər verir ki, dünən Ukrayna parlamenti - Ali Rada kriptovalyutalardan istifadəyə icazə verilməsi və əməliyyatların tənzimənməsi haqqında qanun layihəsini qəbul edib.
İndiyə qədər ölkədə fərdi şəxslər Bitcoin və digər kriptovalyutaları ala bilirdisə, şirkətlər və birjaların bu əməliyyatlarla məşğul olması qanunla qadağan edilmişdi. Yeni qanun bu sahədə bir sıra azadlıqlar verir. Həmçinin, kriptovalyuta əməliyyatları ilə məşğul olanlar üçün bir sıra məsuliyyət hədləri və ilk dəfə bu sahədə yeni terminologiya müəyyən edilib.
Salvadordan fərqli olaraq, Ukrayna Bitcoini milli valyuta qrivna ilə bərabər ödəniş vasitəsi kimi təsdiq etməsə də, bu qanunla qlobal kriptovalyuta biznesinə qoşulmaq yolunda ciddi adım atmış olacaq. Ölkə 2022-ci ildən biznes və investorlar üçün kriptovalyuta bazarını açmağı planlaşdırır. Prezident Zelenski ötən ay ABŞ-a səfəri zamanı bu sahədə Silikon Vadisinin investorları ilə əməkdaşlıq haqqında ətraflı müzakirə aparıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 21 saat əvvəl
-
-
21 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi













.jpg)






