Azərbaycanda daha bir helikopterin əsaslı təmiri başa çatıb
"Helicopter Service Center" MMC-dən verilən məlumata görə, Rusiya mütəxəssisləri ilə birgə "Mi" tipli helikopterin növbəti səyyar əsaslı təmiri uğurla başa çatıb.
Bu barədə Marja-ya"ASG Helicopter Services" şirkətinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın mülki aviasiya tarixində ilk dəfə belə irimiqyaslı layihənin həyata keçirilməsi "ASG Holding"in prezidenti Teymur Məmmədovun və Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirovun iştirakı ilə Zabrat hava limanında keçirilən tədbirdə qeyd edilmişdir. Tərəflər müvafiq "təhvil-təslim" aktını imzaladılar və onlara helikopterin simvolik açarı təqdim olunmuşdur.
Qeyd olunan Servis mərkəzi "ASG Helicopter Services"in törəmə şirkətidir və Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri ilə məşğuldur.
Bu, Azərbaycan ərazisində həyata keçirilən üçüncü təmirdir. Lakin əvvəlki iki təmirdən fərqli olaraq bu dəfə hərbi-nəqliyyat təyinatlı helikopterin təmiri həyata keçirilmişdir.
Səyyar əsaslı təmir xidmətlərinin göstərilməsi, helikopter istehsalçıları tərəfindən Servis mərkəzinə icazənin verilməsi və hava gəmilərinin əsaslı təmirinin aparılması üçün müvafiq müstəqil sertifikatın alınması prosesinin bir hissəsidir.
Bölgədə Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri üçün ilk aviasiya təmiri müəssisəsinin tikintisinə 2020-ci ildə "ASG Helicopter Services" tərəfindən tam maliyyələşdirilməklə başlanılmışdır.
Qeyd edək ki, həmin mərkəz hal-hazırda bu sahədə istifadə olunan müasir avadanlıqlarla təchiz olunub. Mərkəzin istehsalat gücü İldə 12 vahiddən 15 vahidədək təmirin aparılması üçün nəzərdə tutulmuşdur. Güc qurğularının və çıxarıla bilən avadanlıqların bir hissəsinin təmiri həm ölkədəki, həm də xaricdəki aparıcı sənaye müəssisələrində həyata keçiriləcəkdir.
Aviaşirkətin əsasında tam funksional Servis mərkəzini yaratmaq fikri ilk maşının səyyar təmiri mənimsənildikdən sonra yaranmışdır. Belə bir mərkəzin yaradılması layihəsi Azərbaycan ilə Rusiya arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın protokollarının bir hissəsi olmuşdur.
Qeyd edək ki, Servis mərkəzində işlərin ilkin mərhələsində 100 nəfərədək şəxsin işlə təmin olunması planlaşdırılır. Gələcəkdə Mərkəzin istehsal dövriyyəsi artdıqca işçilərin sayıda artırılacaqdır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)





.jpg)







