Qarabağın dirçəlişində sənin də töhfən olsun!
Azercell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradıldı(®️) "Azercell Telekom" MMC Qarabağın dirçəliş prosesində iştirak edib, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görüləcək tədbirlərə dəstək olmaq istəyən abunəçilərinə Qarabağ Dirçəliş Fonduna ianə etmək üçün xüsusi imkan yaradıb.
Sadəcə bir SMS-lə Qarabağda bütün sahələrdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması üçün Fonda ianə etmək mümkündür.
Abunəçilər mobil telefondan 8112 qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazıb SMS göndərməklə öz balanslarından 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN məbləğində ianə edə bilərlər.
SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur!
Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi istiqamətində fəaliyyət göstərir. (https://qdf.gov.az)
“Azercell Telekom” MMC abunəçiləri üçün bu imkanı yaratmaqla hər kəsi Qarabağda aparılan quruculuq işlərini dəstəkləməyə, bu mühüm missiyanın bir parçasına çevrilməyə çağırır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 13 saat sonra
-
-
2 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
5 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
























