"Aqro-Vest DC" şirkətində Anım Günü qeyd olunub - FOTO
Bu gün "Aqro-Vest DC" MMC-də Anım mərasimi keçirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə şirkətin bir qrup əməkdaşı çıxış edib, Vətən müharibəsi haqqında fikirlərini, o günlərlə bağlı xatirələrini, hisslərini bölüşüb, Azərbaycan xalqının mübariz oğul və qızlarını yad edərək onların yazdığı bu şərəfli tarixə bir daha nəzər salıblar.
"Aqro-Vest DC" MMC-nin hüquqşünası Rafiq Abbasov çıxış edərək o günlər haqqında düşüncələrini bölüşüb:
“2020-ci ilin ortalarından başlayaraq, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin bir çox sərhədyanı bölgələri intensiv olaraq atəşə tutulmağa başladı. Düşmən o qədər azğılaşmışdı ki, daha geniş ərazi iddiaları irəli sürürdü. Hətta iyul ayında Tovuz rayonu ərazisində genişmiqyaslı hücumlar təşkil etdi. Sentyabr ayının 27-si səhər saatlarında düşmən yenidən hərbi təxribat törətməyə, hərbi mövqelərimizi eləcə də, yaşayış məntəqələrimizi atəşə tutmağa başladı. Azərbaycan xalqının, dövlətinin iradəsini və maraqlarını daim əsas tutan Ali Baş Komandanın əmri ilə ordumuz bu təxribata qarşı əks-hücum əməliyyatlarına-Azərbaycanın tarixinə şərəflə, qanla yazılacaq 44 günlük Vətən müharibəsinə başladı. 44 gün ərzində xalqımız hər günü bir əsrə bərabər olacaq tarix yazdı. İnancından, yaşından, mənsubiyyətindən, cinsindən, vəzifəsindən asılı olmayaraq hər kəs Vətən üçün səfərbər oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbrəliyi ilə Azərbaycan Ordusu 30 illik istilaya son verdi, tarixi ədaləti bərpa edərək Azərbaycan xalqının milli ləyaqətini bərpa etdi! Biz bu yolda can verənlərin əziz xatirəsini heç vaxt unutmayacağıq! ”
Daha sonra şirkətin kadrlar şöbəsinin müdirü Oğuz Heydərli "Aqro-Vest DC" MMC komandasının həmişə olduğu kimi, Vətən müharibəsi dövründə də Azərbaycan xalqı ilə birgə olduğunu, ölkə başçısı cənab İlham Əliyevin ideyalarına sadiq qaldığını vurğulamışdır:
“Şirkətimizin rəhbərliyi və komandasını bu şərəfli günlərdə devizi, hamı kimi, hər şey vətən üçün idi. Biz Ali Baş Komandanın hər bir paylaşımını və müraciətlərini diqqətlə dinləyir, bu çıxışlardan özümüzə hədəf və məqsədlər, tapşırıqlar müəyyənləşdirirdik. Şirkətimizin 20 nəfər əməkdaşı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. Həmçinin, şirkətimiz ordumuza həmrəylik məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etmiş, əsgərlərimiz üçün isti geyim dəstləri, şəxsi gigiyena vasitələri və s. göndərmişdir. Biz çox gözəl başa düşürük ki, daha güclü Azərbaycan üçün atılacaq hələ çox addımlar vardır. Biz bundan sonra da, Cənab İlham Əliyevin, Müzəffər Ali Baş komandanın ideyalarına sadiq qalacaq, daha güclü Azərbaycan üçün səylərimizi əsirgəməyəcəyik. Yaşasın Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
11 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
11 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)





.jpg)








