Toyotanın istehsalı son bir ildə ilk dəfə aşağı düşüb
Toyota Motor şirkətinin qlobal istehsalı son bir ildə ilk dəfə azalıb. Azalmaya ehtiyat hissələrinin və yarımkeçirici çip tədarükü çətinliyi səbəb olub.
Marja şirkətin açıqlamasına istinadən xəbər verir ki, Toyotanın qlobal istehsalı avqust ayında keçən ilin eyni ayı ilə müqayisədə 16,2% azalaraq 531 min 448 ədədə geriləyib. Bu azalma son bir ildə ilk dəfədir.
Yaponiyada şirkətin istehsalı 8,4% düşərək 185 min 726 ədədə, xarici olkələrdə isə 19,9% azalaraq 345 min 722 ədədə geriləyib.
Qeyd edək ki, bir çox sektorlar kimi avtomobil sektoru da yarımkeçirici çip almaqda çətinlik çəkir. Eyni zamanda, pandemiya ilə əlaqədar olaraq ehtiyat hissələri istehsal edən Cənub-Şərqi Asiya zavodları fəaliyyətlərini dayandırıblar, bu səbəbdən də ehtiyat hissələri də çatışmır.
Toyota 2022-ci ilin Mart ayında sona çatacaq 2021-ci maliyyə iliinə daxil qlobal istehsal hədəfini 300 min ədəd azaldaraq 9 milyon ədədə endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 41 d. əvvəl
- 43 d. əvvəl
-
-
46 d. əvvəl
"Təbiət hadisələrinin qarşısını almaq olmaz, yeganə yol vurduğu zərəri qarşılamaqdır" - MÜSAHİBƏ
- 57 d. əvvəl
-
1 saat əvvəl
Trampdan yeni açıqlama: "Dünya sülhü üçün böyük bir gündür. İran yenidənqurmaya başlaya bilər"
-
1 saat əvvəl
Lombard şirkətinin illik gəlirlilik dərəcəsi 15% olan istiqrazları yerləşdiriləcək - TARİX
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin qiyməti düşüb
İsrail Baş naziri: İranla atəşkəs Livana aid deyil
Trampdan yeni açıqlama: "Dünya sülhü üçün böyük bir gündür. İran yenidənqurmaya başlaya bilər"
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiyməti atəşkəs xəbərləri ilə yüksəlir
Ən çox oxunanlar
“ERA” şirkətində səhmlərin pay bölgüsündə dəyişiklik olub
Neft 2 həftəlik atəşkəs qərarı ilə kəskin ucuzlaşdı
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu
Tramp İranla 2 həftəlik atəşkəsi qəbul etdiyini açıqladı
ABŞ Hörmüz riski səbəbilə neft qiyməti proqnozunu artırdı
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
“Bu gecə bir mədəniyyət yox olacaq”























