“MKT İstehsalat Kommersiya”nın işçi heyəti Türkiyə şirkətində işgüzar səfərdə olublar
(®️) “MKT İstehsalat Kommersiya” MMC keçdiyimiz günlərdə Türkiyənin ən böyük toxum istehsalçılarından biri olan “Progen Seed” şirkətinə işgüzar ziyarət səfəri təşkil etmişdir.
Səfər “Progen Seed” şirkətinin dəvəti üzərinə şirkətin iş prosesi ilə tanışlıq, yeni toxum növləri və əkin üsulları haqqında məlumatların bölüşməsi məqsədi ilə həyata keçirilmişdir.
Qeyd edək ki, “Progen Seed” şirkəti illik 10 min ton lifsizləşdirilmiş pambıq toxumu, 20 min ton buğda toxumu və 5 min ton arpa və soya toxumu istehsal etmə gücünə malikdir. Şirkət Türkiyədə 150 min hektardan artıq ərazidə istehsal həyata keçirərək toxum ixracı ilə məşğul olmaqdadır.
HƏMÇİNİN OXU: “MKT İstehsalat Kommersiya”nın əməkdaşları Yunanıstanda işgüzar səfərdə olublar
“MKT İstehsalat Kommersiya” MMC-nin işçi heyəti “Progen Seed” şirkətində işgüzar səfər zamanı əkin texnologiyaları, suvarma sistemləri və toxum lifsizləşdirmə prosesləri ilə yaxından tanış olmuşdur. Əlavə olaraq qeyd edək ki, “Progen Seed” şirkətinin istehsal etdiyi toxumlar ölkəmizdə fermerlər tərəfindən geniş istifadə olunmaqdadır. Səfər zamanı “Progen Seed” şirkəti yeni istehsal olunan toxum növləri ilə də işçi heyətini tanış etmişdir. Qeyd olunan yeni toxum növləri müsbət nəticələr göstərdiyinə görə məhsuldarlığın artırılması üçün ölkəmizdə də tətbiqinin reallaşdırılması planlanır.
“MKT İstehsalat Kommersiya” MMC-nin işçi heyəti “Progen Seed” şirkətinin istehsal fabrikləri, əkin əraziləri və digər prosesləri ilə tanış olduqdan sonra səfər yekunlaşmışdır. Qeyd edək ki, məhsuldarlığın artırılması üçün sınaqdan keçmiş və müsbət nəticələr göstərən yeni növ toxumların istifadəsi son dərəcə vacibdir. “MKT İstehsalat Kommersiya” MMC hal-hazırda innovasiya fermer təsərrüfatlarında test məqsədli əkinlər həyata keçirir və bu əkin nəticələri ilə fermerləri mütəmadi olaraq tanış edir. Bu kimi fəaliyyətlərə nəticə olaraq ildən-ilə əkin sahələrində məhsuldarlığın artmasını, pambıq zərərvericilərinə aid mübarizənin geniş miqyas alması və fermerlərin məmnunluğunu göstərə bilərik. Daimi inkişaf tempinin və fermer məmnuniyyətinin qorunması üçün şirkət tərəfindən mütəmadi olaraq qeyd olunan səfərlərin keçirilməsi planlaşdırılır.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
2019-2020 mövsümündə şirkət 45 000 Ha sahədən rekord göstərici olan 35.6 sentner/Ha xam pambıq istehsal etmişdir.
Cari ilin Yanvar-May ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssisədə işçi sayısı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
HƏMÇİNİN OXU: "MKT" ixracatçılar arasında 1-ci yerini qoruyur - 81 MİLYON DOLLAR
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
11 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
13 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı











.jpg)







.jpg)
