Azərbaycandan Türkiyəyə bəzi məhsulların göndərilməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Ölkəmizdən Türkiyə Respublikasına heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Bu barədə Marja-ya Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Məlumatda deyilir:
"Məlum olduğu kimi, 2014-cü ildə respublikamızın Biləsuvar, Cəlilabad, Ucar və Ağdaş rayonları ərazilərində iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyi qeydə alınıb.
Heyvanların yoluxucu xəstəliyi olan nodulyar dermatit viruslar tərəfindən törədilir və ölkəmizdə ilk dəfə 2014-cü ildə baş verib. Bu viruslar qansoran həşəratlar vasitəsilə də yayıldığı üçün bəzi hallarda mövsümi epizootiyaların yaranmasına səbəb olur. Xəstəlik heyvanların tələfatı və onların məhsuldarlığının aşağı düşməsinə, bununla da ciddi iqtisadi itkilərə səbəb olur. Ona görə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) müvafiq təlimatlarına əsasən, xəstəlik baş vermiş ölkələrdən və ya zonalardan iribuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatına məhdudiyyət tətbiq edilir.
Bununla bağlı ölkəmizin üzv olduğu OIE-nin müvafiq tələblərinə əsasən, xəstəlik aşkarlanandan dərhal sonra xəstəlik ocaqlarının ləğv olunması və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər aparılıb, epizootik sağlamlıq statusu bərpa olunanadək həmin təşkilata dövri olaraq məlumatlar təqdim edilib.
Sözügedən xəstəliyin digər ölkələrə keçməsinin qarşısının alınması məqsədilə, OIE-nin tələblərinə uyğun olaraq, ölkəmiz Türkiyə Respublikasına heyvan və heyvan mənşəli məhsulların ixracı ilə əlaqədar məhdudiyyətlər siyahısına salınıb.
2021-ci il 27-29 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətləri arasında keçirilən görüşdə xəstəliklə mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, görülən tədbirlər sayəsində xəstəliyin 2014-cü ilin noyabr ayından sonra ləğv edildiyi və həmin tarixdən respublikamızda nodulyar dermatit xəstəliyinə rast gəlinmədiyi qardaş ölkənin nümayəndə heyətinin diqqətinə çatdırılıb. Həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizdən Türkiyə Respublikasına heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət aradan qaldırılıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















