“PAŞA Həyat” və “İRS” nəşriyyat evi 7-ci Bakı Beynəlxalq Kitab Sərgisində
(®️) 6-10 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan “Baku International Book Fair 2021” - 7-ci Bakı Beynəlxalq Kitab Sərgisində “PAŞA Həyat” və “İRS” nəşriyyat evi birgə əməkdaşlıq çərçivəsində nəşr edilmiş kitablarla təmsil olunur.
Məlumat üçün bildirək ki, “PAŞA Həyat” və “İRS” nəşriyyat evinin birgə fəaliyyəti nəticəsində indiyədək 13 kitab işıq üzü görüb. Bunlar nəşr olunmuş “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə - Nizami yurdu” , “Şəki - Gözəlliyin Sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın Qara Kitabı” və “Qarabağ – Qələbə Yolları ilə” kitablarıdır.
Qeyd edək ki, “Baku International Book Fair 2021” kitab sərgisi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. Sərgidə fərqli ölkələrdən 200-ə yaxın nəşriyyat və poliqrafiya şirkətləri iştirak edir.
Yüksək keyfiyyətli çap məhsullarının hazırlanmasına dəstək göstərilməsi və bu tipli məhsullar ilə ölkəmizin dünyada tanıdılması, təbliği “PAŞA Həyat” şirkətinin fəaliyyətində xüsusi yer tutur. “PAŞA Həyat” şirkəti korporativ sosial məsuliyyət fəaliyyətinə daim diqqət ayırır və bu tip sərgilərdə iştirakı ilə qürur duyur.
Sərgi haqqında ətraflı məlumat burada.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
20 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
49 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
57 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir






.jpg)















.jpg)

