ABŞ, nefti ucuzlaşdırmaq üçün strateji ehtiyatlarından satışı nəzərdən keçirir
ABŞ, istehlakçılara son 7 ildə rekord yüksək qiymətə başa gələn yanacaq qiymətlərinin artımasının qarşısını almaq üçün strateji ehtiyatlarından əlavə neft satışını nəzərdən keçirir.
Marja xəbər verir ki, Energetika naziri Jennifer Granholm çərşənbə günü bildirib ki, Vaşinqton "neft bazarını sakitləşdirmək üçün hər variantı" düşünür.
Variantlardan biri neft ixracına qadağanın qoyulması, digəri strateji neft ehtiyatlarının satışdır.
ABŞ-ın 1970 -ci illərdən bəri topladığı nəhəng dövlət ehtiyatlarının satışına Barak Obama administrasiyası tərəfindən başlanılıb. Təxminən 700 milyon barrelə çatan ehtiyatdan 2017-ci ildə 31,3 milyon, 2018-ci ildə 14,6 milyon, 2019-cu ildə 14,2 milyon barel satılıb.
2020-ci ilin mart ayında ABŞ Energetika Nazirliyi 12 milyon barel satıb və 2021-ci ilin avqustunda son 30 ilin ən böyük birdəfəlik satışını elan eedib: 20 milyon barel. Texas və Luizianadakı dörd dövlət anbarı hərraca çıxarılıb.
1 oktyabr tarixinə ABŞ-ın 617,8 milyon barel strateji ehtiyatın qalıb.
ABŞ strateji neft ehtiyatını, OPEC ölkələri ABŞ-a xammal tədarük etməkdən imtina etdikdən sonra rəsmi olaraq 1973-cü ildə yaradıb. OPEC Vaşinqtonun İsrailin Yaxın Şərqdəki təcavüzünə dəstəyinə etiraz edirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)


