Azərbaycan sərmayə şirkəti ABŞ-ın nəhəng investisiya şirkəti ilə əməkdaşlığı hədəfləyir
ABŞ-ın nəhəng özəl sərmayə şirkətinin qurucusu Azərbaycandakı təşəbbüsü dəstəkləyir!(®) Azərbaycanın investisiya məsləhətçiliyi və özəl sərmayə şirkəti “Blackgarden Advisory”, xarici investisiya şirkətlərin yatırımlarını Azərbaycana cəlb etmək istiqamətində işlərini davam etdirir.
“Blackgarden Advisory”nin qurucularının Linkedin peşəkar sosial şəbəkəsindəki paylaşımlarından görünür ki, ABŞ-ın nəhəng özəl sərmayə (private equity) şirkəti “Blackstone”ın qurucusu Stiv Şvartzman “Blackgarden”in Azərbaycandakı təşəbbüsünü dəstəkləyir və “Blackgarden”ın Azərbaycan bazarında faydalı imkanları müəyyən etdiyini qeyd edir.
İki azərbaycanlı investisiya peşəkarları tərəfindən qurulmuş “Blackgarden Advisory” Xəzər dənizi, Türkiyə və Qara dəniz regionunda orta və böyük şirkətlərə və fərdi investorlara xidmətlər göstərir. Ortaqların sözlərinə görə, xarici bazarlarda bir sıra uğurlu investisiya layihələrini həyata keçirdikdən sonra birgə işləmək qərarına gəliblər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə Azərbaycanın və ümumi regionun tarixində yeni səhifənin başlanması ilə bağlı sözlərindən ruhlanaraq “Blackgarden Advisory”nin baş ofisini Bakıda qurublar.
“Məqsədimiz, investisiyaların Azərbaycana cəlb olunmasına dəstək göstərməklə yanaşı Azərbaycan bizneslərinin regionda böyüməsinə dəstək olmaqdır”, - Emin Kərimov qeyd edir.
“Özəl sərmayə (private equity) yatırımları üçün Azərbaycanın yaxşı potensialı var. Son dövrlərdə iqtisadi və biznesi mühitində baş verən hadisələr bir daha göstərdi ki, bizneslərin davamlı fəaliyyəti və inkişafı üçün tək maliyyənin mövcudluğu yetərli deyil”, - Elçin Abdullayev qeyd edir.
“Özəl sərmayə yatırılmarı iqtisadiyyatın post-Covid dörvündə böyüməsini və inkişafını dəstəkləyən əlverişli alətdir. Bir çox xarici ölkələrin özəl sərmayə investisiyaları üzrə göstəriciləri bunu sübut edir”, - “Blackgarden Advisory”nin ortaqları qeyd edir.
Blackgarden Advisory | M&A | Private Equity şirkəti – yerli və xarici bazarlarda bizneslərin alınması və satışı (mergers and acquisition), birgə fəaliyyət (joint ventures), korporativ restrukturizasiya, kompleks hüquq və vergi məsələlər üzrə xidmətləri göstərir, o cümlədən özəl sərmayələr (private equity) sahəsində investorlara və şirkətlərə xidmətləri göstərir. Blackgarden Advisory-nin fəaliyyəti Azərbaycan, Türkiyə, Rusiya, Qazastan, Gürcüstan, Ukrayna, Fars/Ərəb körfəzi ölkələri, İngiltərə və ABŞ bazarlarını əhatə edir. www.blackgarden.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















