“Əhalinin əmanətlərini Beynəlxalq Bankdan götürməsi üçün heç bir əsas yoxdur”
“Əhalinin əmanətlərini Azərbaycan Beynəlxalq Bankdan götürməsi üçün heç bir əsas və həyəcan yoxdur”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən ictimaiyyətə kifayət qədər açıqlama və izahat verilib.
“Hesab edirəm ki, əlavə izahata ehtiyac varsa, bu istiqamətdə də işlərini gücləndirərlər. Əhalinin əmanətləri ilə bağlı heç bir problem yoxdur. Bilirsiniz ki, ötən il əmanətlərin sığortalanması ilə əlaqədar bütün məhdudiyyətlər aradan qaldırılıb. Həcmindən asılı olmayaraq bütün əmanətlər dövlət tərəfindən qorunur. Biz Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Kimlər tərəfindən müraciət olunursa, həmin şəxslərin öz əmanətlərini geri götürməsində heç bir problem yoxdur.
Ümumilikdə isə əmanətlərin götürülməsi üçün heç bir əsas və həyəcan yoxdur. İndi sırf xaricdən cəlb edilmiş kreditlərlə əlaqədar restruktruzasiya ilə bağlı xarici investorlarla müzakirə gedir. Ölkədaxili borclar, o cümlədən əhalinin əmanətləri ilə bağlı proseslər öz qaydasında davam edir və bu istiqamətdə heç bir problem yoxdur. Bankın rəhbərliyinə də tövsiyə olunur ki, bu istiqamətdə təbliğat işini daha da genişləndirsinlər”, - deyə A. Bayramov vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















