Nəbatat Bağının keçmiş direktoruna qarşı ağır ittihamlar
Natiq Allahverdiyev: “Mərkəzi Nəbatat Bağının keçmiş rəhbərliyi tərəfindən Bağa dəymiş zərərin bərpası istiqamətində işlər görülür”
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişi ilə Rəyasət Heyəti Aparatının Daxili nəzarət və audit şöbəsinin Mərkəzi Nəbatat Bağında apardığı yoxlamalar nəticəsində müəssisədə bir sıra qanunsuzluqlar aşkarlanmışdır. Keçmiş rəhbərlik tərəfindən yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməmiş, aqrotexniki qulluq olunmamış, suvarma sisteminin düzgün təşkil edilməməsi səbəbindən əksər ağaclarda quruma prosesi sürətlənmişdir. Nəbatat Bağının inkişafı və quruculuq işləri üçün dövlət büdcəsindən ayrılmış vəsait mənimsənilmişdir. Eləcə də Bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunmuş, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilmişdir. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunmuşdur.
Mərkəzi Nəbatat Bağına yeni təyin olunmuş, bu müəssisənin baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev bu barədə açıqlama verib.
N.Allahverdiyev qeyd edib ki, Daxili nəzarət və audit şöbəsinin yoxlama işləri nəticəsində ortaya çıxan qüsur, qanunsuzluq və mənimsəmələr tərtib olunmuş arayışda qeyd olunmuşdur. Onun sözlərinə görə, şöbə tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər.
O, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətə AMEA tərəfindən hər zaman dəstək göstərildiyini qeyd edərək, AMEA rəhbərliyinin akademiyanın bütün müəssisələrinin inkişafına nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirdiyini bildirib. N.Allahverdiyev akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti seçildiyi ilk gündən inzibati idarəetmə ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.
Əlavə edib ki, AMEA prezidentinin göstərişi ilə Mərkəzi Nəbatat Bağında başlanılan quruculuq işləri ilə bağlı bəzi media nümayəndələri araşdırmalar aparmadan, müəyyən insanların şəxsi mənafelərini işıqlandırmaq məqsədilə qarayaxma kampaniyalarına başlayıblar.
“Nəbatat Bağının rəhbərliyi ölkənin bir sıra media qurumlarını ictimaiyyətə düzgün informasiya ötürməyə, daha məsuliyyətli olmağa və dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən məlumatları yaymamağa çağırır. Həmçinin Mərkəzi Nəbatat Bağının yeni rəhbərliyinin həyata keçirdiyi geniş abadlıq və yenidənqurma işləri ilə əyani tanış olmaq üçün KİV nümayəndələrini Bağa dəvət edirik”, - deyə baş direktor v.i.e. N.Allahverdiyev bildirib.
O, AMEA Rəyasət Heyətinin qərarı ilə oktyabrın 6-dan etibarən Bağın baş direktoru vəzifəsini icra edən təyin olunduğunu deyib, bu vəzifənin öhdəsindən layiqincə gələ bilmək üçün bütün imkanları səfərbər etdiyini diqqətə çatdırıb: “Bağa rəhbərlik etməyə başladığım gündən etibarən burada nəzərəçarpacaq irəliləyişlər əldə olunub. Belə ki, yeni landşaft dizayn layihəsinin hazırlanması üçün fotoşəkillər çəkilib, layihə mərhələlər üzrə tərtib olunub”.
N.Allahverdiyevin sözlərinə görə, layihənin ilk mərhələsi üzrə əsas məqsəd ağacların su ilə təmin olunması və onlara aqrotexniki qulluq göstərilməsi üzrə işlərin görülməsidir. Yeni landşaft dizayn layihəsinin ilkin versiyası artıq AMEA rəhbərliyinə təqdim olunub.
O, həmçinin qeyd edib ki, abadlıq işlərinin səmərəli təşkili məqsədilə Komissiya yaradılıb. Komissiya biologiya elmi sahəsində tanınmış alim və mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.
Baş direktor v.i.e N.Allahverdiyev Mərkəzi Nəbatat Bağının elmi potensialının gücləndirilməsi, işçi heyətinin fəaliyyətinin təkmilləşdirilməsi, ziyarətçilər üçün yeniliklərin təqdim olunması məqsədilə təkliflərin hazırlandığını, yaxın zamanda onların reallaşdırılması istiqamətində işlərə başlanılacağını da qeyd edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
18 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 18 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir

Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
