Bank işlənmiş avtomobillərini satır - SİYAHI, QİYMƏTLƏR
(®) “PAŞA Bank” ASC, balansında olan işlənmiş avtomobillərin növbəti hərracını elan edib.
Növbəti hərracın şərtləri aşağıdakı kimidir:
Hərrac üzrə təkliflərin son qəbul tarixi: 10 noyabr 2021-ci il
Hərracın keçirilmə tarixi: 15 noyabr 2021-ci il
Hərracın keçirilmə üsulu: Qapalı hərrac - qapalı zərflərdə daxil olmuş təkliflərin bankın müəyyən etdiyi səlahiyyətli qərarvermə orqanında açılması yolu ilə
Hərrac üzrə təkliflərin qəbul olunma yeri: Yusif Məmmədəliyev küç., 13 ünvanında yerləşən “PAŞA Bank”ın Baş Ofisinə, Vəliyev Fərhad Əhməd oğlunun adına göndərilməlidir.
Hərrac üzrə təkliflərin qəbul olunma forması: Təkliflər bağlı zərflərdə, üzərində hərracda iştirakla bağlı qeyd, kim tərəfindən göndərildiyi və Fərhad Vəliyevin adına göndərilməsi əks olunmaqla göndərilməlidir.
Avtomobillərin yerləşdiyi ünvan: Yusif Məmmədəliyev küç., 16 (dayanacaq)
Hərrac üzrə minimal təklif məbləği: Hər lot üzrə müəyyən edilmiş başlanğıc satış qiymətindən aşağı olmamalıdır.
Hərracda iştirak etmək üçün hesaba mədaxil olunacaq behin məbləği: 300 AZN (İştirakçı qalib gəlmədiyi halda və ya təklifi hərrac keçirilməzdən öncə geri götürdüyü halda beh geri qaytarılır)
Hərracda iştirak etmək üçün gönədirləcək zərflərdə şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və iştirak edəcəyi lot nömrəsini qeyd etməklə qiymət təklifi ərizəsi (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) və ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- Bu elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd (qəbzin üzərində şəxsin adı, FİN nömrəsi və Ş.V. nömrəsi əks edilməlidir);
- fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
- şəxslə əlaqə saxlamaq üçün tələb olunan məlumatlar – ünvan və telefon nömrəsi.
- təklif şəxslərin nüməyəndəsi tərəfindən göndərildiyi halda, müvafiq etibarnamələr (hüquqi şəxslər üçün şirkət blankında imza möhürlü, fiziki şəxslər üçün notarial qaydada təsdiq edilmiş formada)
Aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:
- hüquqi şəxs yenidən təşkil, ləğv və ya iflas prosesində olduqda;
- şəxs özü haqqında dəqiq olmayan məlumat təqdim etdikdə;
- sənədlər sifarişlərin qəbulu müddəti bitdikdən sonra təqdim edildikdə;
- ərizə səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə;
- elanda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda;
- təklifin hansı lot üzrə verildiyini müəyyən etmək mümkün olmadıqda və ya təklif qiyməti satış qiymətindən aşağı olduqda.
Hərracın qalibinin müəyyən edilməsi qaydası aşağıdakı kimidir:
Daxil olmuş qapalı zərflərdəki təkliflər Bankın müəyyən etdiyi səlahiyyətli qərarvermə orqanında açılır və hər lot üzrə ən yüksək alış qiymətini vermiş şəxs həmin lot üzrə hərracın qalibi elan olunur. Əgər hər hansı bir lot üzrə 2 və daha çox ərizəçinin qiymət təklifi eyni olarsa hər bir ərizəçiyə yazılı müraciət edilir və daha yüksək qiymət təklifi verilməsi üçün 3 iş günü vaxt müəyyən edilir.
Hərrac nəticəsində qalib gəlmiş şəxsə (şəxslərə) yazılı məlumat verilir və 3 iş günü müddətində alış niyyətini təsdiq etməsi tələb olunur. Qalib gəlmiş şəxs alış niyyətini təsdiq etdikdən sonra 5 iş günü müddətində alqı-satqı həyata keçirilir. Qalib gəlmiş şəxs əmlakı almaqdan imtina etdikdə və ya 3 iş günü müddətində alış niyyətini təsdiq etmədikdə, verdiyi beh geri qaytarılmır və həmin əmlak üzrə qalib növbəti ən yüksək alış təklifi vermiş şəxs olaraq müəyyən edilir.
Məsul şəxs: Fərhad Vəliyev – İnzibatçılıq şöbəsinin rəhbəri
Əlaqə nömrəsi: +994 12 496 51 00
Hərraca çıxarılmış avtomobillərin siyahısı:

Beh məbləğinin köçürülməsi üçün Bank rekvizitləri:
“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti
Kod: 505141
VÖEN: 1700767721
Hesab №: AZ90PAHA45019AZNBL1200000001 (AZN)
SWIFT BIK: PAHAAZ22
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004, /*9123 / (+99412) 4965000 Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
Qeyd edək ki, 15 oktyabr 2021-ci il tarixində keçirilmiş hərrac nəticəsində aşağıda göstərilən “PAŞA Bank” ASC-ya məxsus olan avtomobillər satılmışdır:
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 21 saat sonra
- 19 saat sonra
-
6 d. əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
-
- 9 d. əvvəl
-
42 d. əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 54 d. əvvəl
-
1 saat əvvəl
Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
-
2 saat əvvəl
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş
Ən çox oxunanlar
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Rəsmi Bakı: Somaliləndin tanınması beynəlxalq hüquqa ziddir, Azərbaycan Somalinin ərazi bütövlüyünü tam dəstəkləyir
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından 8 il ötür
Prezident 41,7 milyard manantlıq büdcəni təsdiqlədi



















