Dövlət bankının xalis mənfəəti 8 dəfədən çox artıb
Dövlət bankı Azər Türk Bank 2021-ci ilin 9 ayını (yanvar-sentyabr) 729 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 dəfə çoxdur. Bank 2020-ci ilin 9 ayını 89 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin artması bu il mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırmanın olmaması, əksinə ehtiyatdan vəsaitin qayıtması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
Marja Bankın hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayı ərzində Azər Türk Bankın cəmi əməliyyat gəlirləri 24 milyon 388 min manat, cəmi əməliyyat xərcləri 23 miylon 963 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən bankın 424 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlardan azad olmuş 305 min manat mənfəətə əlavə edilib. Beləliklə, Bankın mənfəəti 729 min manata yüksəlib.
Qeyd edək ki, 2020-ci ilin 9 ayı ərzində Azər Türk Bankın cəmi əməliyyat gəlirləri 22 milyon 847 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 141 min manat təşkil etmişdi. Gəlirlər xərcləri üstələdiyindən bankın 705 min manat əməliyyat mənfəəti yaranmışdı. Bank mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara 616 min manat ayırdığından həmin dövrü 89 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azər Türk Bankın faiz gəlirləri 178 min manat azalıb, qeyri-faiz gəlirləri isə 1 milyon 719 min manat artıb. Nəticədə cəmi gəlirlər 1 milyon 541 min manat artıb.
Cari ilin 9 ayında Azər Türk Bankın faiz xərcləri 227 min manat azalıb, qeyri-faiz xərcləri isə 2 milyon 49 min manat artıb. Nəticədə, cəmi xərclər 1 milyon 822 min manat artıb. Cəmi xərclərin cəmi gəlirlərdən 281 min manat çox artması əməliyyat mənfəətinin 705 min manatdan 424 min manata düşməsinə səbəb olub.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB.
Azər Türk Bankın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 8 milyon 856 min manat və ya 2,5% artaraq 368 milyon 63 min manata, müştərilərə verilmiş kreditlər isə 37 milyon 55 min manat və ya 22,1% artaraq 204 milyon 414 min manata çatıb. Bankın istehlak kreditləri portfeli 23 milyon 801 min manat artaraq 66 milyon 44 min manata, ipoteka krediti portfeli 19 milyon 313 min manat artaraq 105 milyon 597 min manata yüksəlib, biznes kreditləri portfeli isə 6 milyon 59 min manat azalaraq 32 milyon 774 min manata düşüb.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2021-ci il tarixində Azər Türk Bank 51 milyon 561 min manat məcmu kapitala malik olub. 2020-ci ilin sonunda Azər Türk Bankın məcmu kapitalı 50 milyon 38 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 13 d. əvvəl
- 40 d. əvvəl
-
-
48 d. əvvəl
"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda
-
54 d. əvvəl
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
-
57 d. əvvəl
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
-
1 saat əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
2 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 2 saat əvvəl
-
3 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu





















