“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi
(®) Satış və xidmət mərkəzlərini yeniləməklə müştərilərinə qabaqcıl alış-veriş və üstün xidmət təcrübəsi göstərən “Nar” daha bir mərkəzini yenilədi. Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 4 ünvanında (“Azadlıq” metostansiyasının yaxınlığı) yerləşən mağaza yeni konseptə uyğunlaşdırılaraq, müştərilərin ixtiyarına verilib.
Qeyd edək ki, “Nar” mağazasında ziyarətçilərin müasir üslubda məlumat və xidmət alması təmin edilib. Mərkəzdə nömrə üzərində əməliyyatların aparılması, satışı da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Bundan başqa, yenilənmiş “Nar” mağazalarında mobil telefonların, cihazların və müxtəlif aksesuarların satışı da həyata keçirilir.
Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar”, mağazalarında yeni konseptin tətbiqini bütün ölkə boyu davam etdirməkdədir. Qeyd edək ki, mobil operator paytaxt və regionlar da daxil olmaqla 23 xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 7 d. əvvəl
-
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















