Kamazın səhmləri 7,5%-dən çox bahalaşıb
Rusiyanın ən iri ağır yük avtomobilləri istehsalçısı olan “Kamaz” şirkətinin səhmlərinin qiyməti Moskva birjasında ticarət zamanı 7,63% artaraq 126,9 rublu görüb.
Marja xəbər verir ki, oktyabrda yük maşını istehsalının 10,3% artaraq 4,4 min ədəd təşkil etməsi fonunda qiymətli kağızların dəyəri artır.
İlin əvvəlindən ümumilikdə 35 min 506 ədəd avtomobil istehsal edilib ki, bu da ötən ilin müvafiq göstəricisindən 20% çoxdur.
Daha əvvəl Kamaz-ın rəhbəri Sergey Koqoqin qeyd edib ki, 2021-ci ildə şirkət istehsalı 18,9% - 44 min yük maşınına qədər artırmağı planlaşdırır. Baş direktorun sözlərinə görə, yük maşınlarının satışını artırmaq imkanı yol və mənzil tikintisinin inkişafı ilə bağlıdır və bunun üçün daha çox yük maşınları tələb olunur. O, həmçinin betonqarışdıran maşınların və özüboşaltıcı maşınların satışında güclü artımı qeyd edib.
Kamaz Rusiyanın ən böyük yük maşınları istehsalçısıdır, dünyanın iyirmi aparıcı istehsalçısından biridir. Şirkət yük maşınları, qoşqular, avtobuslar, mühərriklər istehsal edir. Kamaz-ın ən böyük səhmdarları "Rostec" dövlət korporasiyası (49,9%), "Avtoinvest" (23,54%) və Almaniyanın Daimler avtokonserninin törəmə şirkəti olan "Daimler Truck"dır (15%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)











.jpg)







