Softline 30-a yaxın İT şirkəti almağı planlaşdırır
"Softline" şirkətin London Fond Birjasında ilkin kütləvi təklifi (IPO) zamanı əldə etdiyi 400 milyon dolların böyük hissəsini başqa ölkələrdəki 30-a yaxın İT şirkətinin alınmasına sərf etmək niyyətindədir.
Marja xəbər verir ki, bunu şirkətin rəhbəri İqor Borovikov bildirib.
“Cəlb edilən 400 milyon dollar pulun 80%-ni, yəni 320 milyon dollarını alışlar üçün istifadə etməyi planlaşdırırıq. Bizim M&A strategiyamıza (birləşmələr və satınalmalar -Marja) görə təxminən 30 müxtəlif şirkətin alınması nəzərdə tutulur",- Borovikov deyib.
Borovikovun sözlərinə görə, yaxın üç ildə şirkət öz coğrafiyasını, əsasən, Asiya və Afrikada yeni ölkəyə alışlar yolu ilə genişləndirməyi planlaşdırır. Bundan əlavə, şirkət portfelini, müəyyən sahələrdə mövqelərini gücləndirməyi gözləyir.
O qeyd edib ki, hazırda şirkətin 6 min əməkdaşından 2 minə yaxını “xidmət göstərir, müştərilərə kömək edir”. "Softline" isə onların sayını ən azı 5-6 minə çatdırmağı planlaşdırır.
Softline 1993-cü ildə İqor Borovikov tərəfindən təsis edilib. Şirkət müştərilərinin rəqəmsal inkişaflarına kömək edir, asanlaşdırır və sürətləndirir. "Softline"ın 6 mindən çox işçisi və 150 mindən çox korporativ müştərisi var. Şirkət 50-dən çox ölkədə, o cümlədən Azərbaycanda da ( SoftLine Azərbaycan MMC) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)






.jpg)








