“Səba Kredit”in vəziyyəti məlum oldu - HESABATLAR
“Səba Kredit” Bank Olmayan Kredit Təşkilatı 2016-cı il üzrə maliyyə nəticələrini açıqlayıb.
Təşkilatın hesabatlarına görə, il ərzində cəmi əməliyyat gəlirləri 2 milyon 12 min manat təşkil edib. Xərclər, ayırmalar çıxıldıqdan və vergilər ödənildikdən sonra, “Səba Kredit” ötən ili 84 min 710 manat xalis mənfəət ilə başa vurub.
KREDİT PORTFELİ 6 MİLYON MANATA YAXINDIR
31 Dekabr 2016-cı il tarixinə “Səba Kredit”in cəmi aktivləri 7 milyon 741 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 5 milyon 822 min manat təşkil edib.
1 MİLYON MANATDAN ÇOX KAPİTALI VAR
Kredit təşkilatının cəmi kapitalı 1 milyon 48 min manat, o cümlədən nizamnamə kapitalı 800 min manat, cəmi öhdəlikləri, 6 milyon 693 min manat, o cümlədən uzunmüddətli kreditlər və borclar 6 milyon 604 min manat olub.
“Səba Kredit” BOKT MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 06/06-993 saylı 15 aprel 2011-ci il tarixli lisenziyaya əsasən fəaliyyət göstərir. “Səba Kredit” BOKT MMC tərəfindən kənd yerlərində əhalinin kənd təsərrüfatı, xüsusi ilə heyvandarlıq və əkinçilik istiqamətli təsərrüfatların rentabelliliyini artırmaq məqsədi kreditlər verir. Hal-hazırda kreditləşmə 30 dan artıq rayonda aparılır. Regionlarda 5 nümayəndəlik (Saatlı, Ağdaş, Masallı,Ağcabədi,Şəki,) və 14 şöbə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















