Bakıda “UNEC İqtisadi Forumu” keçiriləcək
Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə Müstəqilliyimizin 30 İlinə həsr olunan Bakıda “UNEC İqtisadi Forumu” keçiriləcək.Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər təşkilatlarla birgə Bakıda “UNEC Economy Forum Baku 2021” (“UNEC İqtisadi Forumu, Bakı 2021”) təşkil olunacaq.
Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum, aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye xadimlərini bir araya gətirəcək və beləliklə, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə və müəyyən etmək üçün platforma təmin edəcəkdir.
UNEC İqtisadi Forumunda Prof. Dr. Aziz SANCAR və Prof. Dr. Muhammad Yunus kimi Nobel Laureatları, həmçinin iri özəl və dövlət təşkilatlarının rəhbərləri, yerli və beynəlxalq peşəkarlar və digər sənaye ekspertləri iştirak edəcəklər.
Forumun əsas şüarı “Zəfər Yolu” olaraq müəyyənləşdirilmişdir. Forumda əsasən aşağıdakı mövzular çərçivəsində müzakirələr aparılacaq:
-Dəyişən qlobal iqtisadi sistemdə necə üstün mövqe tutmalı;
-Qlobal iqtisadi artım üçün əsas problemlər;
-Yüksək texnologiyalı istehsal ekosistemi;
-İqtisadiyyatın rəqəmsal transformasiyası;
-Yaşıl iqtisadiyyat və davamlı inkişaf;
-Sosial təminat;
-Biznes;
-Post-pandemiya dövrünün iqtisadi çətinlikləri;
-Pandemiya sonrası biznesin transformasiyası;
-Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış;
Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək. Panellər aşağıdakı kimidir:
-PANEL 1: Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar
-PANEL 2: Post-pandemiya dövründə elm və təhsil
-PANEL 3: İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar
-PANEL 4: Post-pandemiya dövründə biznes transformasiyası
-PANEL 5: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya
-Qonaqların 4 Dekabr tarixində Qarabağa səfər etməsi də tədbirin proqramına daxil edilmişdir.
Tədbirlə bağlı ətraflı məlumatı unecforum.az saytından və aşağıdakı əlaqə vasitələrindən əldə edə bilərsiniz.
Forumun instagram səhifəsi: Instagram.com/uefbaku
Forumun Facebook səhifəsi: Facebook.com/uefbaku
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
-
21 d. əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 24 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
15 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
15 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Rəsmi məzənnələr açıqlandı
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Ən çox oxunanlar
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək




















.jpg)




