Yoxlama aparılıb - 165 pestisid anbarından 127-si tələbləri pozub
Bitki sağlamlığının təmin olunması və standartlara cavab verən, yüksək keyfiyyətli qida məhsullarının istehsalı, zəngin bitki örtüyünün qorunması və inkişaf etdirilməsi üçün istifadə olunan bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması zəruri əhəmiyyət kəsb edir.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, bununla əlaqədar, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarətin gücləndirilməsi, insanların sağlamlığı və ətraf mühitin təhlükəsizliyi, istifadə müddəti bitmiş yararsız preparatların aşkarlanması, zərərsizləşdirilməsi və s. tədbirlərin təşkili məqsədilə aidiyyəti dövlət orqanlarının (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri) əməkdaşlarından ibarət xüsusi monitorinq qrupları yaradılıb və cari ilin 16 sentyabr - 6 oktyabr tarixləri ərzində respublika üzrə ümumilikdə 165 pestisid saxlama anbarında monitorinq aparılıb. Anbarlardan 127-də qanunvericiliklə müəyyən edilmiş tələblərin pozulması halları aşkar edilib.
Monitorinqlər zamanı bəzi müəssisələrin lisenziyasız fəaliyyət göstərməsi, zəhərli kimyəvi maddələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə cavab verməyən yerlərdə saxlanması, anbarların yaşayış məntəqələrindən, taxıl anbarlarından və su mənbələrindən tələb olunan məsafədə yerləşməməsi, məcburi havadəyişən qurğuların quraşdırılmaması, effektli ventilyasiya sisteminin olmaması, məhsulların saxlanma şəraiti tələblərinin gözlənilməməsi və standartlara cavab verməyən, vaxtı keçmiş məhsulların saxlanması halları aşkar edilib.
Monitorinqlər zamanı qanunvericiliyin tələblərini kobud şəkildə pozan müəssisələrin səlahiyyətli şəxsləri barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq tədbirlər görülüb. Hazırda bu istiqamətdə sağlamlaşdırma tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















