“AtaBank”da 2,5 milyon manatlıq mənfəət
Uğurlu korporativ menecment sayəsində “AtaBank” 2017-ci ilin ötən müddəti ərzində 2,5 milyon manatlıq mənfəətə çıxıb.
“Marja”nın məlumatına görə, bunu bu gün keçirilmiş mətbuat konfransında “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirib.
Sədr qeyd edib ki, “AtaBank”ın cari ili mənfəət ilə başa vuracağı gözlənilir:
“2017-ci il 2016-cı illə müqayisədə daha az çətinliklərin olduğu ildir. Ən çətin il olan 2016-cı ildə belə biz mənfəət əldə edə bildik. 2017-ci ili də xalis mənfəət ilə başa vuracağımızı, iqtisadi artımın sürətlənməsilə bağlı olaraq 2018 və 2019-cu illərdə daha yüksək xalis mənfəət əldə edəcəyimizi gözləyirik”.
Dəyanət Quliyev qeyd edib ki, “AtaBank”da ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi ölkə ortalamasından (15%) aşağıdır: “Artıq vaxtı keçmiş kreditlərin artması dayandırılıb. Biz ödəmə vaxtı keçmiş kreditlərdən də yığmağa başlamışıq”.
Kredit portfelinin yalnız yerli resurslar hesabına formalaşdığını qeyd edən Dəyanət Quliyev, “AtaBank”ın 546,1 milyon manat kredit portfeli ilə ölkə bankları arasında 4-cü yerdə olduğunu əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























