Gürcüstan da faiz artırdı
Gürcüstan Milli Bankı yenidən maliyyələşdirmə dərəcəsini illik 10%-dən 10,5%-ə qaldırıb.Gürcüstan Milli Bankının Pul Siyasəti Komitəsi çərşənbə günü keçirdiyi iclasda yenidən maliyyələşdirmə dərəcəsinin illik 10%-dən 10,5%-ə qaldırılması barədə qərar qəbul edib.
Marja.az xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir.
“Pandemiya ilə bağlı yaranmış fövqəladə vəziyyət qlobal iqtisadiyyatda bir çox problemlərə səbəb olub ki, onların arasında yüksək inflyasiya xüsusilə vacibdir. Müvafiq olaraq, artan inflyasiya Gürcüstan üçün də son dövrün ən mühüm problemlərindən biri olaraq qalır. Bu amilləri nəzərə alaraq, komitə pul siyasətinin əlavə sərtləşdirilməsi barədə qərar qəbul edib və uçot dərəcəsini 10,5%-ə qaldırıb”, - tənzimləyici bildirib.
Milli Bank iddia edir ki, noyabrda Gürcüstanda illik inflyasiya 12,5% təşkil edib ki, bu da yüksək göstəricidir. Tənzimləyici qarşıdakı aylarda inflyasiyanın artmağa davam edəcəyini gözləyir, lakin 2022-ci ilin yazından etibarən davamlı şəkildə azalmağa başlayacaq.
Pul siyasəti komitəsinin bundan əvvəlki iclası oktyabrın 27-də keçirilib və həmin iclasda uçot dərəcəsinin 10% səviyyəsində saxlanılması qərara alınıb. Növbəti iclas 2 fevral 2022-ci il tarixinə təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)







.jpg)








