Avropa bankı Azərbaycan şirkətinə 8 milyon avro kredit ayırdı
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın aparıcı mühəndislik, satınalma və istehsal şirkətlərindən biri olan GemZA Qrupa 8 milyon avro məbləğində kredit ayrıb.
Marja.az AYİB-in yaydığı məlumata istinadən xəbər verir ki, kredit yeni istehsal müəssisəsinin və dövriyyə vəsaitinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.
"Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) əsasən nasos və klapan kimi avadanlıqlar üzrə mühəndislik, satınalma və təmir xidmətləri göstərən Azərbaycan şirkəti GemZA Qrup MMC-yə 8 milyon avro məbləğində kredit ayırıb. Bu kredit şirkətin daha mürəkkəb təmir işlərini həyata keçirmək, daha geniş çeşidldə ehtiyat hissələri istehsal etmək, habelə xərcləri və təhvil vaxtını optimallaşdırmaq üçün yeni istehsal müəssisəsini istifadəyə verməyə imkan yaracaq. Kredit Qrupun bir sıra dövriyyə vəsaiti ehtiyaclarını da maliyyələşdirəcəkdir.
AYİB-in dəstəyi ilə GemZA Qrup istehsal imkanlarını genişləndirmək, göstərdiyi xidmətlərin çeşidini artırmaq, habelə qiymət və keyfiyyətdə daha rəqabətqabiliyyətli olmağı hədəfləyir. Daha böyük maliyyə çevikliyi sayəsində şirkət həmçinin daha cəlbedici şərtlərlə mal və xidmətlər təklif edə və müştəri bazasını genişləndirə biləcək", - məlumatda deyilir.
GemZA Qrup 2005-ci ildən fəaliyyət göstərir və Azərbaycan, Şərqi Avropa, Mərkəzi Asiya, Türkiyə və BƏƏ-dəki müştərilərinə xidmət göstərir.
AYİB-in şirkətə maliyyə vəsaiti ayırması Bankın kiçik və orta sahibkarların əməliyyat və standartlarını təkmilləşdirməsi istiqamətində Qafqazda kiçik və orta sahibkarlara göstərdiyi dəstəyin bir hissəsidir.
AYİB Azərbaycanda aparıcı institusional investordur. Bank bügunədək ölkədə 177 layihəyə ümumilikdə 3,2 milyard avro investisiya yatırmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























