Səudiyyə Ərəbistanının 2022-ci il büdcəsi son 10 ildə ilk dəfə profisit verəcək
Səudiyyə Ərəbistanının Nazirlər Kabineti bazar günü Krallığın 2013-cü ildən bəri ilk dəfə profisitə keçəcək 2022-ci il büdcəsini qəbul edib.
Marja.az Səudiyyə Ərəbistanının xəbər agentliyinə (SAP) istinadən xəbər verir ki, müvafiq sənəd kral Salman bin Əbdül Əziz Əl Səudun sədrliyi ilə keçirilən hökumətin xüsusi iclasında təsdiqlənib.
Təsdiq olunmuş büdcəyə əsasən, gəlirlər 1 trilyon 45 milyard Səudiyyə riyalı (278,56 milyard dollar), xərclər 955 milyard Səudiyyə riyalı (254,56 milyard dollar) təşkil edəcək. Beləliklə, büdcə profisiti 90 milyard Səudiyyə riyalı (24 milyard dollar) və ya ölkənin ÜDM-nin 2,5%-i həcmində proqnozlaşdırılır. Bu, krallığın 2014-cü ildə dünya neft qiymətlərinin düşməsindən sonra ilk büdcəsidir ki, bu büdcədə gəlir maddəsi xərclər maddəsini üstələyir.
Vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud: "Əlbəttə vəsait hökumət ehtiyatlarının artırılmasına, ölkənin koronavirus pandemiyası ilə mübarizədə ehtiyaclarının ödənilməsinə, krallığın maliyyə vəziyyətinin gücləndirilməsinə və qlobal sarsıntılara və böhranlara tab gətirmək qabiliyyətimizin artırılmasına yönəldiləcək".
Vəliəhd şahzadənin sözlərinə görə, Səudiyyə Ərəbistanı Suveren Fondu 2022-ci ildə 150 milyard Səudiyyə riyalı (39,98 milyard dollar) investisiya etməyi planlaşdırır. Fond 2021-ci ildə 84 milyard Səudiyyə riyalı (22,39 milyard dollar) investisiya edib.
Krallıqda iqtisadiyyatın qeyri-neft sektorları 2022-ci ildə keçən illə müqayisədə 4,8% daha çox gəlir gətirəcək. Özəl sektorun 7% artım göstərəcəyi gözlənilir. Bundan əlavə, dünyanın ən böyük neft ixracatçısı 2022-ci ilin sonuna qədər dövlət borcunu ÜDM-in 25,9%-nə qədər azaltmağı planlaşdırır (bu il gözlənilən 32,7%-dən çox). Büdcəyə əsasən, 2022-ci ildə ÜDM artımı 7,4% təşkil edəcək.
Maliyyə sənədində illik büdcənin hesablamalarının hansı neftin qiyməti əsasında aparıldığı göstərilməyib. Ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları büdcə layihəsi üzrə neftin bir barrelinin qiymətini 50-55 dollar civarında götürüblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 25 d. əvvəl
-
34 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
38 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
56 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






















