H.Z.Tağıyev-Sumqayıt yolunun genişləndirilməsinə başlanılıb
Azərbaycan boyu vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Layihələr yerli, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yollarını əhatə edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)verilən məlumata görə, bu cür layihələrdən biri respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunun dörd zolağa genişləndirilməsidir.
Layihə çərçivəsində AAYDA tərəfindən tikinti işlərinə start verilib.
Layihə üzrə H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunun dörd zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-25 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndiriləcək.
Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının inşası işləri sürətlə davam etdirilir.
Yolun 8 km-lik hissəsində yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Hazırda zəruri materialdan istifadə olunmaqla, yol əsasının alt qatı hazır olan hissələrdə əsasın üst qatı inşa edilir, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının inşası da yekunlaşıb.
Hazırda yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.
Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yüksək keyfiyyətlə agentliyin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 44 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























