"Demirören" Azərbaycanda dərman zavodunu "Abdi İbrahim"in dəstəyilə quracaq - 500 İŞ YERİ
Türkiyənin "Demirören Holding" şirkəti Azərbaycana sərmayələrinə davam edir.
Marja.az xəbər verir ki, Holdinq "Azərlotoreya"nı idarəetməyə götürdükdən sonra, Azərbaycanda dərman zavodu quracaq. Yatırılan sərmayə təxminən 500 nəfərə məşğulluq təmin edəcək.
Dünən paytaxt Bakıda Anlaşma Memorandumu imzalanıb. Mərasimdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, "Demirören Holding"in İdarə heyətinin sədri Yıldırım Demirören və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edib.
"Demirören Holding"in İdarə heyətinin sədri Yıldırım Demirören, "Bu sərmayə əczaçılıq sektoruna iki mərhələlədə yatırılacaq. Allah qismət etsə, ilkini üç ildə bitirəcəyik. Sonra ikinci etapa başlayacağıq. 500 nəfərə iş yeri açılacağını gözləyirik. Əczaçılıq sektorunun qabaqcıl adlarından olan Türkiyənin "Abdi İbrahim" şirkətindən araşdırma və inkişaf (AR-GE) dəstəyi alaraq bu işi aparacağıq" deyib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, Azərbaycana yatırılan bu sərmayə Müstəqil Dövlətlər Birliyinə (MDB) genişlənmək imkanı yaradacaqdır.
50 MİLYON DOLLAR SƏRMAYƏ
Xəbər verdiyimiz kimi, Azərbaycanın İqtisadiyyat Nazirliyi qardaş Türkiyənin “Demirören” Holdinqi ilə əczaçılıq məhsullarının istehsalı və satışına dair Anlaşma Memorandumu imzalayıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"İqtisadiyyatımıza 40 milyon dollar investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə edəcəyik",- nazir qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























