Permdə Azərbaycandan idxal olunan tərəvəzlər üçün logistika mərkəzi yaradılacaq
Rusiyanın Perm diyarı rəhbərliyi dəmir yolu ilə Azərbaycandan meyvə və tərəvəzin birbaşa sürətli çatdırılmasını təşkil etmək niyyətindədir.
Bu barədə “Kommersant”a istinadən xəbər verir.
Qeyd edilir ki, Permdə bu malların saxlanılacağı logistika mərkəzinin tikilməsi də nəzərdə tutulub. Onun yeri və layihə üçün potensial investorlar hələ müəyyən edilməyib. Mütəxəssislər mərkəzin tikintisinə yatırılan investisiyaların həcmini qiymətləndirməkdə çətinlik çəkir, bunun nəzərdə tutulan tədarük həcmindən asılı olacağını izah edirlər.
Perm diyarının nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıda işgüzar səfərdə olub, səfər zamanı tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər. Regional hökumətin mətbuat xidmətindən verilən məlumata görə, onun istiqamətlərindən biri “Aqroexpress” layihəsinin həyata keçirilməsi olacaq.
“Aqroexpress” “Rusiya Dəmir Yolları Logistika” Səhmdar Cəmiyyəti və “Rusiya İxrac Mərkəzi” ASC-nin ekspress konteyner qatarlarından istifadə etməklə kənd təsərrüfatı mallarının çatdırılması üzrə birgə xidmətidir. Layihəyə 2019-cu ildə start verilib. Onun ilkin məqsədi yerli ərzaq məhsullarını Çinə çatdırmaq idi. Layihə çərçivəsində bu gün Türkiyə və MDB ölkələrinə də mallar çatdırılır. Noyabrda Azərbaycan Rusiya ilə nəqliyyat və logistika dəhlizlərinin inkişafına dair strateji sənədlər imzalayaraq layihəyə qoşulub.
Rusiya Federasiyasının bir sıra subyektlərində Rusiya-Özbəkistan-Azərbaycan marşrutu üzrə malların həm daşınmasını, həm də qəbulunu formalaşdırmaq üçün sadələşdirilmiş gömrük və fitosanitar prosedurlara malik konteyner qovşaqları yaradılmalıdır. Perm ərazisi pilot ərazilərdən biri kimi müəyyən edilib.
İndi Prikamye rəhbərliyi Rusiya Dəmir Yolları ilə birlikdə potensial yüklərin siyahısını və həcmlərini formalaşdırır. Azərbaycana ağac emalı, maşınqayırma və kimya sənayesi məhsulları, gübrələr, plastik, qablaşdırma materialları və digər məhsullar ixrac oluna bilər. İlk növbədə, tərəvəz və meyvələrin idxalı nəzərdə tutulur.
Layihənin həyata keçirilməsində regional tərəfdaş kimi Perm Diyarının İnkişafı Fondu müəyyən edilib. Fondun baş direktoru Aleksey Burakov öz instaqram səhifəsində layihə çərçivəsində həmçinin Permdə meyvə və tərəvəzlərin saxlanması üçün logistika mərkəzinin tikintisini planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Bakıya səfər zamanı obyektin yerləşəcəyi əraziyə dair tələblər müzakirə olunub.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















