Avropada qazın qiyməti düşüb
Avropada qazın qiyməti cümə axşamı birja ticarəti zamanı 1000 kubmetr üçün təxminən 1000 dollara düşüb.
Marja London birjasının məlumatlarına (ICE) istinadən xəbər verir ki, yanvar fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1018 dollara geriləyib (MVt/saata 87,055 Avro).
Gün ərzində qazın qiymətində ümumi azalma təxminən 10% təşkil edir.
Dekabrın 29-da “Qazprom”un rəhbəri Aleksey Miller “Şimal axını 2”nin ikinci xəttinin qazla doldurulmasının başa çatdığını, qaz kəmərinin isə işə başlamaq üçün tam hazır olduğunu bildirib.
Dekabrın 21-də Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 2000 dollar həddini keçmişdi. Bunun səbəbləri “Qazprom”un Avropaya əlavə ixrac həyata keçirməməsi, soyuq hava və Avropanın yeraltı anbarlarında aşağı ehtiyatlar idi. Sonrakı günlərdə Avropada külək enerjisinin bərpası və ABŞ-dan Avropaya LNG daşıyan tankerlərin sayının üçdə bir artdığı xəbəri fonunda qiymət korrektə edildi.
Fyuçerslərin qiyməti spekulyativ amillərə görə dəyişkəndir və Avropaya fiziki tədarükün real qiymətini əks etdirmir. "Qazprom"un məlumatına görə, 2021-ci ildə müqavilələr üzrə qazın orta ixrac qiyməti 1000 kubmetr üçün 280 dollar təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 26 d. əvvəl
-
36 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 41 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb





.jpg)
.jpg)









.jpg)








