Gürcüstan iqtisadiyyatı 11% artıb
2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) real artımı 10,7% təşkil edib.
Marja.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Ötən ilin eyni dövründə Gürcüstanda ümumi daxili məhsul 5,9% azalmışdı.
Təkcə bu ilin noyabr ayında ölkə iqtisadiyyatı 12% artıb.
2020-ci illə müqayisədə bu ilin noyabr ayında iqtisadiyyatın emal sənayesi, nəqliyyat, incəsənət, istirahət və əyləncə, ticarət, mehmanxana və restoran biznesi, maliyyə və sığorta kimi sahələrində artım müşahidə olunub. Tikinti sektorunda azalma baş verib.
2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi təxminən 13 milyard dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur. 11 ay ərzində malların ixracının ümumi həcmi 4 milyard dollara yaxın olub ki, bu da ötən illə müqayisədə 26,7 faiz, idxal isə 9 milyard dollara yaxın olub ki, bu da 2020-ci ilin eyni göstəricisi ilə müqayisədə 24,5 faiz çoxdur.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili dekabrın 28-də bildirib ki, 2021-ci ildə respublika iqtisadiyyatı ən azı 10 faiz artım nümayiş etdirəcək. Hökumət başçısının qeyd etdiyi kimi, bu rəqəm koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin əksəriyyətinin aradan qaldırılması, əhaliyə infeksiyaya qarşı vaksinlərin təklif edilməsi sayəsində əldə edilib.
Gürcüstanda ilk koronavirusa yoluxma faktı 26 fevral 2020-ci ildə qeydə alınıb. Martın 21-dən mayın 22-dək ölkədə fövqəladə vəziyyət rejimi qüvvədə olub, bu müddət ərzində iqtisadiyyatın demək olar ki, bütün sahələri bağlanıb. Həmin ilin payızında epidemik vəziyyətin pisləşməsi ilə əlaqədar respublika hökuməti yenidən 2021-ci ilin fevralına qədər davam edən genişmiqyaslı karantin elan etməli oldu. Ötən il Gürcüstan iqtisadiyyatı 6,1% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 d. əvvəl
-
33 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 38 d. əvvəl
- 52 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb





.jpg)









.jpg)









