2021-ci ildə Çində inflyasiya 1,5% təşkil edib
2021-ci ildə Çində istehlak qiymətləri indeksi (CPI, inflyasiyanın əsas göstəricisi) 2021-ci ilin dekabr ayında illik 1,5% artıb. Marja xəbər verir ki, bu, 3% səviyyəsində müəyyən edilmiş hədəfdən aşağıdır. Bu barədə çərşənbə günü Çin Dövlət Statistika Komitəsi məlumat yayıb.
2020-ci ilin dekabr ayı ilə müqayisədə şəhərlərdə qiymətlər 1,6%, kənd yerlərində isə 1,2% artıb. Eyni zamanda, ərzaq məhsullarının qiymətləri 1,2 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 2,1 faiz, xidmətlərin qiymətləri isə 1,5 faiz bahalaşıb.
Dekabr ayında Çində ətin qiyməti illik müqayisədə 22,2%, Çinin istehlak səbətinin əsas elementi olan donuz əti isə 36,7% ucuzlaşıb. Yumurta 12,7 faiz, təzə tərəvəz və göyərti 10,6 faiz, su məhsulları 7,9 faiz, meyvələr 4,8 faiz bahalaşıb. Dekabrda nəqliyyat və rabitə sahəsində xidmətlər 5%, təhsil, mədəniyyət və əyləncə sahələrində 3,1% bahalaşıb. Səhiyyə xidmətlərinin qiymətləri 0,7% artıb.
Bununla yanaşı, 2021-ci ilin noyabr ayı ilə müqayisədə dekabrda qiymətlər 0,3% azalıb. Ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz ucuzlaşıb, xidmətlərin qiymətləri noyabr səviyyəsində qalıb.
2020-ci ilin sonunda Çində inflyasiya 2,5% təşkil etmişdi.
Çində istehsalçı qiymətləri indeksi isə dekabrda illik 10,3% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)







