Ötən il özəlləşdirmədən dövlət büdcəsinə ödənilən vəsait açıqlandı
Ötən il özəlləşdirmədən dövlət büdcəsinə 112,7 milyon manat vəsait ödənilibİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumata görə, ötən il dövlət əmlakının özəlləşdirilməsi üzrə 59 hərrac keçirilib. Hərraclarda 16 səhmdar cəmiyyətinin səhm paketi, 35 kiçik dövlət müəssisəsi, 4 yarımçıq tikili və 249 nəqliyyat vasitəsi özəlləşdirilib.
İnnovasiyaların və elektron üsulların tətbiqi, prosedurların daha da sadələşdirilməsi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub. Belə ki, ötən il hərraca çıxarılmış dövlət əmlakı üzrə 93 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma reallaşıb.
Yerin təkinin daha səmərəli istifadəsi məqsədilə ilk dəfə olaraq 2021-ci ildən keçirilməyə başlayan hərraclar vasitəsilə ümumilikdə 29 faydalı qazıntı yatağı istismara verilib.
Dövlət əmlakının özəlləşdirilməsinin mütərəqqi üsullarından biri də investisiya müsabiqəsidir. Ötən il ərzində 4 müəssisənin dövlətə məxsus səhm və paylarının satışı üzrə investisiya müsabiqəsi keçirilib, dövlət büdcəsinə 10 milyon manatdan artıq məbləğdə vəsaitin köçürülməsi təmin edilib. İnvestorlar 18 milyon manata yaxın məbləğdə investisiya proqramlarının icrasına, müəssisələrin dövlət büdcəsinə vergi və sosial ayırmalar üzrə borclarının ödənilməsinə dair öhdəliklər götürüb.
Qeyd edək ki, əvvəlki illərdə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələr də daxil olmaqla, 2021-ci il ərzində müəssisələrə 21,3 milyon manata yaxın investisiya yatırılıb.
2021-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 112,7 milyon manat təşkil edib və illik proqnoz 101.6% icra olunub. Bu, 2020-ci ilin göstəricisindən 51,2 milyon manat və ya 83.2% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















