"Bank VTB (Azərbaycan)"da fantastik zərər
"Bank VTB (Azərbaycan)" ASC Beynəlxalq maliyyə hesabatları standartları (BMHS) üzrə ötən ilə olan hesabatını dərc edib.
“Marja” Hesabata istinadən xəbər verir ki, Bank ötən ili 141 milyon manat zərər ilə başa vurub. "Bank VTB (Azərbaycan)" 2015-ci ildə 36 milyon 525 min manat zərər açıqlamışdı. Beləliklə, son 2 ildə Bankın cəmi zərəri 177 milyon manatı keçib.
Bankın böyük zərər açıqlamasının səbəbi “Faizli aktivlər üzrə dəyərsizləşmə xərci”dir. Verilmiş kreditləri geri qayıtmadığından Bank böyük zərər ilə üzləşib.
Zərər nəticəsində Bank kapitalsız qalıb. 2016-cı ildə inkişaf strategiyası çərçivəsində səhmdarları tərəfindən Banka əlavə vəsait ayrılmışdı. Zərər bu vəsaiti də silib.
31 dekabr 2017-ci il tarixinə Bank kreditin dəyərsizləşməsinə görə 193 milyon 571 min manat ehtiyata, cəmi 398 milyon manat kredit portfelinə malik olub. 193,5 milyon manat dəyərsizləmə ehtiyatına görə, Bankın müştərilərə verdiyi kreditlər 195 milyon 337 min manata düşüb.
“KAPİTAL ARTIRILACAQ”
Bu gün "Bank VTB (Azərbaycan)" ASC bəyan edib ki, Bakın kapitalının artırılması nəzərdə tutulur:
“2017-2019-cu illər üzrə Strategiyada qoyulan məqsədlərə çatmaq üçün bankın kapitalının gələcəkdə də artırılması nəzərdə tutulur. Hazırda qrupun korporativ prosedurları çərçivəsində müvafiq işlər həyata keçirilir. 2016-cı ildə bu strategiyanın reallaşması məqsədilə bank qrupun prioritetlərini nəzərə alaraq müasir iqtisadi şəraitdə çalışan yeni komanda formalaşdırıb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
49 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























