Azərbaycanda sikkə, külçə və qranul şəklində qızıl satışında canlanma yaranıb - KƏSKİN ARTIM
"Daxili pərakəndə bazarda satışımızın həcmi 46% daha çoxdur""İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən gömrük rüsumundan, həmçinin sikkə, külçə və qranul şəklində qızıl və gümüş məhsullarının satışının ƏDV-dən azad edilməsi pərakəndə satışda böyük canlanma yaradıb. Belə ki, qızıl məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılmasına daxili bazarda qiymətlərin enməsi üçün iqtisadi zəmin yaradıb. Ötən il “AzerGold” məhsullarının daxili pərakəndə bazarda satışı həcmi 2649 unsiya təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 446% daha çoxdur".
Marja xəbər verir ki, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş Mətbuat konfransında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib..
İbarhimöv, "Məhsullarımızı yerli bazara təklif etdiyimiz 2019 - 2021-ci illərdə ümumilikdə 3405 unsiyadan çox külçə və sikkələrin satışı həyata keçirilib" deyərək çıxışını belə davam etdirib:
"Bunun da 78%-i məhz 2021-ci ildə satılıb. Ötən il satılan qiymətlilərin 97%-ni qızıl, 3%-ni isə gümüş məhsulları təşkil edib və qeyd edilən satışlardan dövriyyəyə ümumilikdə 8,7 milyon manatdan çox vəsait cəlb edilib. Bu ötən illə müqayisədə 377% artım deməkdir.
Məhsullarımızın satışında kəskin artım xüsusilə Satış mərkəzimiz fəaliyyətə başladıqdan sonra qeydə alınıb. Bilirsiniz ki, ötən ilin sentyabr ayında ölkəmizin zərgərlik sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlara dəstək məqsədilə Cəmiyyətin ilk Satış və mübadilə mərkəzi istifadəyə verildi. Paytaxtın Bülbül prospekti 3 ünvanında yerləşində Mərkəzdə şirkətimiz tərəfindən istehsal edilən məhsulların qızılın dünya birjasındakı qiymətlərinə uyğun minimal marja ilə satışa çıxarılması və ilk dəfə olaraq sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun gerialışı – mübadiləsi təmin edildi. Ötən il Satış və Mübadilə Mərkəzində 2366 unsiya həcmində məhsulun satışı həyata keçirilib. Bu da Cəmiyyət tərəfindən il ərzində daxili bazarda satılan məhsulların 89%-ni təşkil edir.
Təlabatın artması ilə məhsul çeşidlərimizin və nəticə etibarı ilə daxili bazara yönəltdiyimiz qiymətli metalların həcminin də artırılmasını labüd edib. Bu xüsusda, hasil etdiyimizin qızılın bir hissəsinin yeni növ məhsullar istehsal etməklə daxili bazara yönəltmişik. Bu da 2020-ci il ilə müqayisədə ixrac edilmiş qızıl və gümüşün həcminə nisbətən təsir etsə də, yerli pərakəndə bazarın kifayət qədər ciddi artımına səbəb olub. Qeyd edim ki, məhsullara alıcılar tərəfindən yüksək maraq və tələbatın olmasını nəzərə alaraq gələcəkdə ölkənin iri şəhər və rayonlarında da yeni mərkəzlərin istifadəyə verilməsi istisna edilmir. Bu istiqamətdə bazar araşdırmalarımız davam edir.
Daxili bazarda canlanma xammal satışı göstəricilərində özünü göstərib. Belə ki, ötən il ümumilikdə 1000 unsiya xam qızıl, 15 min unsiya xam gümüşün satışı həyata keçirilib".
188,3 MİLYON MANAT GƏLİR
Cəmiyyətin sədri əlavə edib ki, ötən il 60 min unsiya qızıl və 133 min unsiya gümüşün beynəlxalq və yerli pərakəndə bazarlarda satışı nəticəsində 188.3 milyon manat məbləğində gəlir əldə edilib. 2021-ci ildə qızıl üzrə orta satış qiymətinin azalmasına baxmayaraq, 2020-ci illə müqayisədə qiymətlilərin ümumi satışı üzrə daxilolmaları 760 min manat və ya 0.4% artıb. Beləliklə, fəaliyyətdə olduğu 5 il ərzində Cəmiyyətin tərəfindən 285 min unsiya qızıl və 560 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 755 milyon manatdan çox vəsait cəlb edib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
22 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
1 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 4 saat əvvəl
-
5 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 5 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır


















