Yenilənmiş 20 manatlıq pul nişanı tədavülə buraxıldı
Mərkəzi Bankın 30 illik yubileyi ərəfəsində “Qarabağ” mövzusuna həsr olunan yenilənmiş 20 manatlıq pul nişanı tədavülə buraxıldıAzərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırda beynəlxalq təcrübədə mövcud olan ən son innovasiyaların və texnologiyaların tətbiqi yolu ilə milli pul nişanlarımızın yenilənməsi prosesləri çərçivəsində “Qarabağ” mövzusuna həsr olunan yeni 20 manatlıq pul nişanı Mərkəzi Bankın 30 illik yubileyi ərəfəsində tədavülə buraxılıb.
Mərkəzi Bankdan Marja-ya verilən məlumata görə, “Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri – Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə, qalxan təsvirləri və eləcə də bir sıra digər dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilmişdir.
Yenilənmiş 20 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunmuşdur.
Mərkəzi Bank bildirir ki, yenilənmiş 20 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















