Rusiya faiz artırdı
Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) İdarə Heyəti 2022-ci ilin ilk iclasında uçot dərəcəsini 100 baza bəndi (1 faiz bəndi) artıraraq 9,5%-ə çatdırıması haqda qərar qəbul edib.
Rusiyanın maliyyə requlyatoru bildirib ki, ölkədə inflyasiya bankın oktyabr ayında verdiyi proqnozdan xeyli yüksəkdir. Bundan əlavə, tələbin genişlənməsi istehsal artımı imkanlarını üstələməkdə davam edir və məhdud azad işçi qüvvəsi ilə iqtisadi fəallığın sürətli artımı inflyasiya təzyiqləri artırır.
Qeyd edək ki, Rusiya Bankı faiz dəhlizini 9-11% səviyyəsində müəyyən edib və növbəti iclaslarda uçot dərəcəsinin daha da artırılmasının mümkünlüyünü vurğulayıb.
"Uçot dərəcəsi ilə bağlı qərarlar inflyasiyanın hədəfə nisbətən faktiki və gözlənilən dinamikası, iqtisadiyyatın proqnoz üfüqü üzrə inkişafı, habelə daxili və xarici şəraitdən yaranan risklərin qiymətləndirilməsi və və maliyyə bazarlarının onlara reaksiyası nəzərə alınmaqla qəbul ediləcək", - bankın məlumatında bildirilib.
Xatırladaq ki, Rusiya Bankı ötən il uçot dərəcəsinin artırılması ilə bağlı səkkiz dəfə qərar verib. 2021-ci ilin sonuncu qərarında faiz dərəcəsi 1 faiz bəndi yüksəldilərək 8,5%-ə çatdırılmışdı.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























