Prezident və birinci xanım Ağdama səfər ediblər
Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlləri qoyulub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.
Daha sonra dövlətimizin başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev burada çıxış edib.
Dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar.
Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim ediləcək.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
14 d. əvvəl
“Dəli-Dolu Təkliflər” ilə Baku Electronics-də alış-verişin həyəcanlı 4 günü başlayır!
- 20 d. əvvəl
- 34 d. əvvəl
- 48 d. əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Bakının daşınmaz əmlak bazarı sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit fazaya keçib - PALATA
Azercell “GiqaAddım” ilə addımları internetə çevirir!
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
Ən çox oxunanlar
“NORM”da iclas keçiriləcək
Shell-in mənfəəti müharibə ilə yüksəlib
Uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq - İnşasına başlanılıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 877 mini aşıb
Azərkosmos: Azerspace-3 layihəsi üzrə maliyyə institutları ilə danışıqlar davam edir














.jpg)





