Azərbaycan gömrükçüləri külli miqdarda "iPhone" markalı mobil telefon aşkar edib
Ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri 457 300 manat təşkil edir.Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə DGK-dan məlumat verilib.
Məlumata görə, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşı Daudov Mirza Maqomedoviçin idarə etdiyi “Volvo FH12” markalı, O229EP05/AK460005 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan alt və üst yataq yerlərindəki döşəklərin içərisində gömrük nəzarətindən gizlədilmiş - 14 ədəd “iPhone 12 Pro”, 62 ədəd “iPhone 13”, 22 ədəd “iPhone 13 Pro”, 71 ədəd “iPhone 13 Pro Max” markalı mobil telefonlar aşkar olunub.
Ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri 457 300 manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
53 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







