VTB Qrupu 2021-ci ildə rekord xalis mənfəət əldə edib
327 milyard rubl!Rusiyanın VTB Qrupunun Beynəlxalq Maliyyə Heabatları Standartları (BMHS) üzrə 2021-ci ilin sonunda xalis mənfəəti 2020-ci illə müqayisədə 4,3 dəfə artaraq 327,4 milyard rubl təşkil edib.
Marja xəbər verir ki, bu, qrupun tarixində ən yaxşı rəqəmdir. Əvvəlki rekord 2019-cu ildə qeydə alınıb - 201 milyard rubl xalis mənfəət.
2020-ci ildə VTB Qrupu BMHS çərçivəsində 75,3 milyard rubl xalis mənfəət əldə etmişdir.
2021-ci ilin dördüncü rübünün nəticələrinə görə, VTB-nin xalis mənfəəti 69,8 milyard rubla çatıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.
Qrupun 2021-ci il üçün aktivləri 15% artaraq 31 dekabr 2021-ci il tarixinə 20,85 trilyon rubla çatıb.
Müştərilərə verilən kreditlər və avanslar portfeli (repo müqavilələri üzrə girov qoyulmuş ehtiyatlar daxil olmaqla) il ərzində 11,6% artaraq 14,7 trilyon rubla çatıb.
Hüquqi şəxslərə verilən kreditlər 9,9 trilyon rubla (artım 6,7%), fiziki şəxslərə verilən kreditlər isə 4,8 trilyon rubla (artım 23,5%) çatıb.
Müştəri vəsaitləri hesabat ilində 18,3% artaraq 15,2 trilyon rubla, hüquqi şəxslərin vəsaitləri isə 23,5% artaraq 8,8 trilyon rubla, fiziki şəxslərin vəsaitləri isə 11,9% artaraq 6,4 trilyon rubla çatıb.
İl ərzində qrup həmçinin bir il əvvəlki 249,8 milyard rubla qarşı 116 milyard rubl ehtiyat yaratmışdır.
2022-ci il üçün planlar haqqında
Mətbuat konfransı zamanı VTB İdarə Heyətinin üzvü Dmitri Pyanov bildirib ki, qrup bazardakı qeyri-sabit konyukturaya görə, hələlik 2022-ci il üçün maliyyə proqnozları verməkdən çəkinəcək: “Biz bazarda vəziyyət sabitləşdikdən sonra 2022-ci il üçün gözləntilər və planlar barədə bazara məlumat verməyi planlaşdırırıq”.
VTB-nin 2019-2022-ci illər üçün strategiyasına əsasən, 2022-ci ildə qrupun xalis mənfəəti 310 milyard rubl təşkil etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)








.jpg)










