Metronun 3 stansiyasının iş vaxtı uzadılacaq
“Qarabağ” klubunun UEFA Konfrans liqası oyunu ilə əlaqədarFevral ayının 24-də “Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans liqası turnirinin pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab oyununda meydana çıxacaq. AFFA və “Qarabağ” klubu qarşılaşmanın saat 21:45-də başlanması və gec saatlarda başa çatması ilə əlaqədar, metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə “Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlayıblar.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna tamaşaçı marağı və daxil olmuş müraciət nəzərə alınaraq, metropolitenin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.
Oyunun keçirələcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, eləcə də “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevral ayının 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Oyunun gedişindən asılı olaraq, zərurət yaranacağı təqdirdə, qeyd edilən stansiyalara sərnişinlərin girişinin bir qədər də uzadıla bilər. Sərnişinlər metropoliten hüdudlarında mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.
Fevralın 24-də “Gənclik” stansiyasının yaxınlığında keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər də görüləcək. Bu xüsusda futbol oyununun başlanma vaxtı ərəfəsində stansiya gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək. Bundan savayı, “Nəriman Nərimanov” stansiyasında da ehtiyat tədbirlər nəzərə alınacaq. Xəttə çıxarılmaq üçün etiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Azərbaycan futbolu tarixində ilk dəfə UEFA miqyaslı yüksək reytinqli klub turnirinin pley-off mərhələsində çıxış edən “Qarabağ” futbol klubuna parlaq qələbə arzulayırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























