TuranBank 10 milyon dollarlıq saziş imzaladı - SƏDRİNDƏN AÇIQLAMA

TuranBank ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında 3 il müddətinə 10 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalanmışdır.
Bankın yaydığı məlumatda bildirilir ki, cəlb edilmiş vəsait Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş Kiçik və Orta Sahibkarların, həmçinin özəl sektorun maliyyələşdirilməsinə yönəldiləcək.
Saziş ICD-nin icraçı direktoru Ayman Sejini və Bankın İdarə Heyətinin sədri Fəzail Musayev tərəfindən imzalanmışdır.
Sazişi şərh edən ICD-nin icraçı direktoru Ayman Sejini bildirib: "TuranBank ilə bağladığımız maliyyə xətti üzrə saziş ICD-nin Azərbaycanda özəl sektora növbəti dəstəyinin göstəricisidir. Cəlb edilmiş vəsaitin məqsədi biznesin inkişafına və yeni iş yerlərinin açılmasına dəstək olmaqdır. Bu saziş, şübhəsiz ki, Azərbaycanda və ümumilikdə bütün Qafqazda özəl sektorun inkişafına təkan verəcəkdir.
Ayman Sejininin sözlərinə görə, saziş ICD-nin pandemiyanın iqtisadiyyata mənfi təsirinin aradan qaldırılmasını və sahibkarların maliyyə resurslarına əlçatanlılığını təmin etmək baxımından Azərbaycana, həmçinin MDB-nin digər üzv dövlətlərinə dəstək olmaq üzrə strateji planlarına uyğun imzalanmışdır.
“Bu gün imzalanan müqavilə pandemiyadan zərər çəkmiş Kiçik və Orta Sahibkarlığın (KOS), həmçinin özəl sektorun maliyyələşdirilməsini genişləndirmək məqsədilə nəzərdə tutulmuşdur. Cəlb edilmiş vəsait Bankın maliyyə mənbələrini diversifikasiya etməklə KOS subyektləri üçün uzunmüddətli və ucuz maliyyələşmə imkanlarının daha da inkişaf etdirilməsinə təkan verməklə yanaşı ölkədə qeyri-neft sektorunun maliyyə resurslarına çıxış imkanını asanlaşdıraraq inkişafına kömək edəcəkdir” - deyə TuranBank-ın İdarə Heyətinin sədri Fəzail Musayev sazişin bağlanmasına öz münasibətini bildirib.
“Qeyd edim ki, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq həm ölkə iqtisadiyyatına ucuz maliyyə vəsaitləri cəlb etməyə, həm də həmin qurumların çoxillik qabaqcıl təcrübələrindən yararlanaraq fəaliyyətimizi təkmilləşdirməyə imkan verdiyindən bizim üçün böyük önəm daşıyır. Fəxrlə qeyd edə bilərik ki, TuranBank hazırda dünyanın aparıcı maliyyə qurumları olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Sparkassenstiftung, Eco Ticarət və İnkişaf Bankı, eyni zamanda müxtəlif nüfuzlu mikromaliyyə institutları ilə sıx tərəfdaşlıq edir və gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır“ - deyə TuranBank-ın İdarə Heyətinin sədri əlavə edib.
Məlumat üçün qeyd edək ki, TuranBank-la ICD 2008-ci ildən əməkdaşlıq edir və tərəflər arasında Kiçik və Orta sahibkarlığın maliyyələşməsi üzrə yeni imzalanmış bu kredit sazişi sayca beşincidir.
ICD haqqında qısa məlumat:
Çoxməqsədli maliyyə institutu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişaf Bankı Qrupunun üzvüdür. ICD 1999-cu ilin noyabr ayında üzv ölkələrin özəl sektor layihələrinə maliyyə vəsaiti təmin etmək, sahibkarlığı inkişaf etdirmək, hökumətlər və özəl şirkətlərə məsləhət xidmətləri göstərməklə beynəlxalq investisiyaları stimullaşdırmaq və onların iqtisadi inkişafını dəstəkləmək məqsədilə yaradılıb.
ICD Moody’s tərəfindən A2, S&P tərəfindən ‘A-’ və Fitch tərəfindən ‘A+’ reytinqi ilə dəyərləndirilib. ICD birgə və ya kollektiv maliyyələşdirmə istiqamətində tərəfdaşlıq əlaqələri qurur, həmçinin maliyyələşdirməni daha səmərəli və əhatəli etmək üçün yeni rəqəmsal texnoloji həllərin tətbiq edilməsində aktiv iştirak edir. Ətraflı məlumat üçün: https://icd-ps.org/
TuranBank ASC 1992-ci ildə fəaliyyətə başlayıb.
TuranBank inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən, investorlarının investisiyalarının dəyərinin artımını təmin edərək dinamik inkişaf edən etibarlı və şəffaf bankdır. Yarandığı tarixdən etibarən 30 il ərzində özünün 18 satış nöqtəsilə Bank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. TuranBank Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Daha ətraflı: https://www.turanbank.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
-
22 d. əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
- 8 saat əvvəl
-
14 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
14 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Əliyev Danimarkada səfərdədir, ziyafətdə iştirak edib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Gəncə Avtomobil Zavodu 80 kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair razılığa gəldi - MİNSKDƏ MÜQAVİLƏ İMZALANIB

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Kolleclərə yeni təyinatlar olub
